Nazirlik rayon (şəhər) şöbələri əməkdaşlarına “Elektron kənd təsərrüfati” üzrə təlimlər keçirir

A+
A
A-

 

 

Kənd Təsərrüfatı Nazirliyi oktyabrın 24-25-də rayon (şəhər) idarələrinin torpaq məsələləri, informasiya texnologiyaları və bitkiçilik sahəsi üzrə mütəxəssiləri üçün təlim kursları keçirir. Təlim kurslarının məqsədi “Elektron kənd təsərrüfatı” informasiya sistemi üçün məlumatların düzgün toplanması və emal edilərək elektron sistemə transfer olunması üzrə bilik və bacarıqların artırılmasıdır.

“Elektron kənd təsərrüfatı” informasiya sisteminin (EKTİS) yaradılması çərçivəsində “Torpaq sahələrinin rəqəmsallaşdırılması və ilkin coğrafi məlumatlar bazası, subsidiya və siyasətə dair” informasiya sistemi hazırlanmış və subsidiya siyasətinin daha şəffaf həyata keçirilməsi, aparılacaq əkinlərin planlaşdırıl- ması və təşkili məqsədi ilə pambıq, tütün və baramaçılıqda əsas yem bazası olan tut (çəkil) bağlarının dəqiq uçotunun aparılması, həmin torpaq sahələrinin yerinin, ölçüsünün, mülkiyyət formasının, təyinatının və məqsədli istifadə növünün müvafiq qaydada müəyyənləşdirilməsi və vahid coğrafi məlumatlar bazasının formalaşdırlması üçün informasiya sistemlərinə daxil edilməsi əsas məqsəd kimi qarşıya qoyulmuşdur.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının və doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclaslarında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən kənd təsərrüfatında pambıqçılıq, tütünçülük və baramaçılıq sahələrinin inkişafına ciddi dövlət dəstəyinin göstərilməsi, bu sahələrin inkişaf etdirilməsi üçün potensialı olan rayonların və ərazilərin müəyyənləşdirilməsi və həmin rayonlarda qeyd olunan bitkilərin əkin sahələrinin genişləndirilməsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsinə dair tapşırıqlar verilmişdir.

24.10.2016
417

Nəşrlər

  • 03-04(265-266) 28 mart 2017-ci il

  • 02(264) 23 fevral 2017-ci il

  • 01(263) 27 yanvar 2017-ci il

  • 12(262) 23 dekabr 2016-cı il

Bannerlər