Cəlilabad rayonunda oqoniya vəziyyətində kəsilmiş heyvan cəmdəyi zərərsizləşdirilmişdir

A+
A
A-

 

 

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar aparılan tədbirləri davam etdirir.

2016-cı il oktyabrın 11-də Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Cəlilabad Rayon Baytarlıq İdarəsinin və Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məlumat əsasında birgə reyd keçirilmişdir.

Reyd zamanı Cəlilabad rayonu “Azərbaycan” küçəsində yaşayan Quliyev Elçin Cabir oğluna məxsus həyətdə 02 “Jiquli” markalı 15 BP 961 dövlət nömrə nişanlı minik avtomobilinin arxa oturacağında və yük yerində başı kəsilmiş, dərisi soyulmuş, üst-üstə tökülmüş, antisanitar vəziyyətdə daşınan 1 baş heyvan cəmdəyi və daxili orqanlar aşkar  edilmişdir.

Araşdırma zamanı ətin mənşəyinə və sağlamlığına dair müşayiətedici sənədləri olmadığı, baytarlıq-sanitariya ekspertizasından keçmədiyi müəyyən edilmişdir. Aşkarlanan ətin və daxili orqanların insan qidası üçün yararlığı şübhə doğurduğundan onlardan müayinə üçün nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilmişdir.

Laboratoriyada aparılan müayinələrin nəticəsinə əsasən cəmdəklərin bakterioloji çirklənməyə məruz qalması, keyfiyyətsiz olması və baytarlıq-sanitariya tələblərinə cavab verməməsi müəyyən edilmişdir.

Respublika Baytarlıq Laboratoriyasının 20 oktyabr tarixli ekspertizası nəticələrin nəzərə alınaraq oqoniya vəziyyətində kəsilmiş iribuynuzlu heyvan cəmdəyinin və daxili orqanların zərərsizləşdirilməsinə qərar verilmişdir.

Qərara uyğun olaraq Cəlilabad rayon sakini Quliyev Elçin Cabir oğlunun həyətində 02 "Jiqulu” markalı 15 BP 961 dövlət nömrə nişanlı minik avtomobilində aşkarlanmış 152 kq heyvan cəmdəyi və 12 kq heyvanın daxili orqanı baytarlıq mütəxəssislərinin nəzarəti altında Cəlilabad rayonu ərazisində heyvanlar üçün ayılmış qəbiristanlıqda aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun olaraq  zərərsizləşdirilərək basdırılmışdır.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar müvafiq tədbirlər davam etdiriləcək, belə qanuna zidd fəaliyyətlə məşğul olan, baytarlıq-sanitariya qaydalarına riayət etməyən fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcəkdir.

 

27.10.2016
500

Nəşrlər

  • 02(264) 23 fevral 2017-ci il

  • 01(263) 27 yanvar 2017-ci il

  • 12(262) 23 dekabr 2016-cı il

  • 11(261) 25 noyabr 2016-cı il

Bannerlər