Süni yumurta idxal edilməsi və satılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir

A+
A
A-

 

 

Son günlər bir sıra kütləvi informasiya vasitələrində güya Çin Xalq Respublikasından Azərbaycana süni yumurta idxal edilməsi və satılması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılır.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, 2016-cı il ərzində Çin Xalq Respublikasından Azərbaycana yumurta idxalı olunmayıb və bu ölkədən Azərbaycana süni yumurta idxal edilməsi və satılması ilə bağlı yayılan məlumatlar tamamilə əsasız və heç bir fakta söykənmir.

Ölkəyə idxal edilən bütün növ heyvan, heyvan mənşəli, eləcə də quş əti və quşçuluq məhsulları Respublika Baytarlıq Laboratoriyasında müvafiq müayinələrdən keçirildikdən sonra həmin məhsulların istifadəsinə icazə verilir.

Kütləvi informasiya vasitələrindən və əhalidən xahiş edirik ki, süni yumurtanın mövcud olması və satışı il bağlı kimdə məlumat, fakt olarsa bu barədə dərhal  Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (tel: 012-562-76-13) “qaynar xətt”inə,  eləcə də xidmətin (012) 562-18-76, (012) 440-84-50  nömrəli telefonlarına məlumat versinlər. Xidmət bu faktı kütləvi informasiya vasitələrinin və əhalinin iştirakı ilə araşdırmağa hazırdır.  

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bir daha bildirir ki, Xidmət tərəfindən qida təhlükəsizliyi ilə əlaqədar heyvandarlıq məhsullarının, o cümlədən quş əti və yumurtanın idxalına və istifadəsinə ciddi nəzarət olunur və güya Çin Xalq Respublikasında istehsal edilən süni yumurtanın  Azərbaycanda satılması ilə bağlı yayılan məlumatlar tamamilə əsassızdır və heç bir fakta söykənmir.

24.11.2016
467

Nəşrlər

  • 07-08(269-270) 25 may 2017-ci il

  • 05-06(267-268) 27 aprel 2017-ci il

  • 03-04(265-266) 28 mart 2017-ci il

  • 02(264) 23 fevral 2017-ci il

Bannerlər