Azərbaycandan Moldovaya at əti ixrac olunacaqdır

A+
A
A-

 

 

 

Azərbaycanın və Moldovanın müvafiq şirkətləri arasında 2016-cı ildə bağlanmış müqaviləyə əsasən 2017-ci ildə Azərbaycan Respublikasından Moldova Respublikasına at əti ixrac edilməsi nəzərdə tutulmuşdur. Bu məqsədlə bir neçə regionda, o cümlədən Gəncə regionunda at kəsimi sexlərinin təşkil olunması planlaşdırılır. Həmin at kəsimi sexləri souyuducu anbar və refrejatorlarla təchiz edilməlidir. Eləcə də sexlərdə baytarlıq-sanitariya ekspertiza laboratoriyaları fəaliyyət göstərməlidir.

At kəsimi sexlərində yalnız çıxdaş və damazlığa yaramayan atların baytar həkiminin nəzarəti altında ayrıca kəsilməsi, soyulması və ətin tədarük olunması və soyuducu kameralara yığılaraq Moldova Respublikasına göndərilməsi nəzərdə tutulur.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, at kəsimi sexlərində atlar baytar həkiminin nəzarəti altında kəsiləcək, baytarlıq-sanitariya ekspertizasından keçiriləcək və yalnız bundan sonra  Moldovanın müvafiq şirkətləri vasitəsi ilə Moldova Respublikasına ixrac olunacaqdır.

05.12.2016
287

Nəşrlər

  • 12(262) 23 dekabr 2016-cı il

  • 11(261) 25 noyabr 2016-cı il

  • 10(260) 27 oktyabr 2016-cı il

  • 09(259) 30 sentyabr 2016-cı il

Bannerlər