İsmayıllı rayonunda qanunsuz at kəsimi ilə məşğul olan şəxs aşkar edilmişdir

A+
A
A-

 

 

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar aparılan tədbirləri davam etdirir.

2016-ci il dekabrın 14-də DBNX-nin İsmayıllı Rayon Baytarlıq İdarəsinin və  İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən alınmış anonim məlumat əsasında birgə reyd keçirilmişdir. Reyd nəticəsində İsmayıllı rayon Qubaxəlilli kənd sakini 1967-ci il təvəllüdlü Həsənov Saleh Əmirxan oğlu gizlin şəkildə, qanunsuz olaraq  Qubaxəlilli kəndinin qışlağında 3 baş atı kəsərkən aşkar edilmişdir.

Araşdırma zamanı atların mənşəyinə və sağlamlığına dair heç bir müşayiətedici sənədi olmadığı, baytarlıq-sanitariya tələblərinə əməl edilmədən, gizlin şəkildə və antisanitar şəraitdə kəsildiyi müəyyən edilmişdir. Kəsilmiş at cəmdəklərinin çəkisi 210 kq miqdarında olmuşdur.

Antisanitar şəraitdə kəsilərkən aşkarlanan at cəmdəklərindən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilmişdir.

Laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliyə müvafiq qərar qəbul ediləcək və tədbirlər görüləcəkdir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar müvafiq tədbirlər davam etdiriləcək, belə qanuna zidd fəaliyyətlə məşğul olan, baytarlıq-sanitariya qaydalarına riayət etməyən fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcəkdir.

14.12.2016
269

Nəşrlər

  • 01(263) 27 yanvar 2017-ci il

  • 12(262) 23 dekabr 2016-cı il

  • 11(261) 25 noyabr 2016-cı il

  • 10(260) 27 oktyabr 2016-cı il

Bannerlər