Rusiyanın Kalmıkya Respublikasından və Həştərxan vilayətindən diri quş və quşçuluq...

A+
A
A-



Rusiyanın Kalmıkya Respublikasından və Həştərxan vilayətindən diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulmuşdur

 

 

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən (BEB) 24 noyabr və 9 dekabr 2016-cı il tarixlərində yaydığı rəsmi məlumatlarda Rusiya Federasiyasının Kalmıkya Respublikasının Yaşaltinski rayonunda iki məntəqədə və Həştərxan vilayətinin Xarabalinski rayonunda bir məntəqədə ev quşları arasında yüksək patogenli quş qripi (H5) xəstəliyinin baş verməsi qeyd olunmuşdur.

Bununla əlaqədar Azərbaycan Respublikası ərazisinin başqa dövlətlərdən keçə biləcək yoluxucu və ekzotik xəstəliklərdən qorunması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən yüksək patogenli quş qripi xəstəliyinin qeydə alındığı Rusiyanın Kalmıkya Respublikasından, Həştərxan  vilayətindən, habelə risk zonasına daxil olan Dağıstan Respublikasından, Volqoqrad, Rostov, Stavropol vilayətlərindən və Çerkessk bölgəsindən diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti olaraq məhdudiyyət qoyulması barədə əmr imzalanmışdır.

Rusiyanın Kalmıkya Respublikasında və Həştərxan vilayətində ev quşları arasında yayılmış yüksək patogenli quş qripi (H5) xəstəliyi ilə bağlı ölkəmizin bu xəstəlikdən qorunması üçün zəruri baytarlıq-sanitariya tədbirlərinin görülməsi barədə Dövlət Baytarlıq Nəzarəti Xidmətinin müvafiq bölmələrinə tapşırıqlar verilmişdir.

Əmrdə dövlət baytarlıq nəzarətində olan digər yüklərin idxalı məsələsinə Rusiya Federasiyasının Dövlət Baytarlıq Xidmətinin yükün çıxarıldığı ərazinin epizootik vəziyyəti və məhsulun sağlamlığı haqqında rəsmi arayışı olduğu təqdirdə baxılması qeyd olunmuşdur.

Dövlət Baytarlıq Nəzarəti Xidməti quşçuluq təsərrüfatlarının rəhbərlərinə və əhaliyə tövsiyə edir ki, quşları baytarlıq-sanitariya tələblərinə riayət etməklə qapalı şəraitdə saxlasınlar.

14.12.2016
380

Nəşrlər

  • 07-08(269-270) 25 may 2017-ci il

  • 05-06(267-268) 27 aprel 2017-ci il

  • 03-04(265-266) 28 mart 2017-ci il

  • 02(264) 23 fevral 2017-ci il

Bannerlər