NAZİR HEYDƏR ƏSƏDOV GÖYGÖL RAYONUNDA VƏTƏNDAŞLARI QƏBUL EDİB

A+
A
A-

 

 

Qəbuldan öncə nazir Heydər Əsədov ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad edib.
Sonra nazir Heydər Əsədov Göygöl rayon kənd təsərrüfatı idarəsinin inzibati binasında “Aqrolizinq” ASC-dən kənd təsərrüfatı texnikalarını lizinqə götürən hüquqi və fiziki şəxslərlə görüşüb.  
Göygöl, Samux, Yevlax, Goranboy və digər ətraf rayonlardan olan 61 istifadəçiyə lizinq yolu ilə verilmiş ümumilikdə 2 163 460 manat məbləğində 103 ədəd müxtəlif kənd təsərrüfatı texnikasına 843 447 manat məbləğində güzəşt tətbiq edilmişdir. Xüsusi Komissiyanın qərarına əsasən tətbiq olunan güzəşt əsasında istifadəçilərlə yeni lizinq müqavilələri bağlanılmış, o cümlədən güzəşt tətbiq edildikdən sonra 16 ədəd müxtəlif kənd təsərrüfatı texnikası istifadəçilərin mülkiyyətinə verilmiş və Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rayonlar üzrə bölmələrində qeydiyyata alınmışdır. Müvafiq sənədlər vətəndaşlara təqdim edilmişdir. Eyni zamanda, “Aqrolizinq” ASC əməkdaşları lizinq yolu ilə əldə etdikləri kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin 20 faizini ödəmiş istifadəçilərdən güzəşt üçün elektron ərizələri qəbul etmişlər.  
İndiyədək “Aqrolizinq” ASC-dən ölkə üzrə 6863 istifadəçinin lizinqə götürdüyü 15 563 ədəd müxtəlif kənd təsərrüfatı texnikasına ümumilikdə 88 632 092 manat məbləğində güzəşt tətbiq edilmişdir.
Tədbirdə 150 mexanizatora Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Texniki Nəzarət Müfəttişliyi tərəfindən traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün elektron qaydada sürücülük vəsiqələri təqdim olunub.
Daha sonra nazir Heydər Əsədov Göygöl, Goranboy, Yevlax, Samux və Daşkə- sən  rayonla- rından olan vətəndaşları qəbul edib.
Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin də iştirakı ilə keçirilən qəbulda 30 nəfərin müraciətinə baxılıb.
Müraciətlər əsasən ixtisasa görə işlə təminat, torpaqların təyinatının dəyişdirilməsi, cins mal-qaranın alınması, subsidiyaların verilməsi, texniki təminat və digər məsələlərlə bağlı olub.
Nazir Heydər Əsədov vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə tapşırıqlar verib.
Nazir Heydər Əsədov vətəndaşlarla görüş zamanı dövlətimizin başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı son dövrlərdə imzaladığı sərəncam və qərarların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdı- rılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb.
Qəbulda vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan digər məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.
Nazirliyin fəaliyyət dairəsinə aid olmayan digər müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.
Qəbula gələn vətəndaşlar onlar üçün yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdar- lıqlarını bildiriblər.
Sakinlərlə görüşdən sonra nazir Heydər Əsədov Respublika Süni Mayalama Mərkəzində görülən işlərlə tanış olub. 

16.12.2016
614

Nəşrlər

  • 16-17(278-279) 08 noyabr 2017-ci il

  • 15(277) 17 oktyabr 2017-ci il

  • 13-14(275-276) 07 sentyabr 2017-ci il

  • 12(274) 15 avqust 2017-ci il

Bannerlər