Həmrəylik Günü və Yeni ilin gəlişi qeyd edilib

A+
A
A-

 

 

 

Dekabrın 30-da Dövlət Baytarlıq Nəzarəti Xidmətində 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi münasibətilə təntənəli tədbir keçirilib.
Bayram əhval-ruhiyyəsində, xüsusi tərtibatla bəzədilmiş zalda  musiqili-əyləncəli proqramla başlayan və 2 saata qədər davam edən tədbirdə Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəis müavini Balarəhim Quliyev, xidmətin əməkdaşı Vəli Qarayev və digərləri çıxış edərək kollektivə xoş arzularını çatdırıb, onları bayramlar münasibəti ilə təbrik ediblər.
Tədbirdə Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis olunmasında ulu öndər Heydər Əliyevin xidmətlərindən və bu həmrəyliyi gündən-günə möhkəmləndirən Prezident İlham Əliyevin daxili və xarici siyasətinin səmərəli nəticələrindən söz açılıb, ötən il Dövlət Xidmətinin əldə etdiyi uğurlardan danışılıb.
Çıxış edənlər xidmət əməkdaşlarının daim dövlət qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırıblar.
Tədbir iştirakçıları Azərbaycan musiqisinin sədaları altında təşkil olunmuş şirniyyat süfrəsindən dadıb, yaşadıqları fərəhli hissləri qeyd ediblər.

 

30.12.2016
444

Nəşrlər

  • 09(271) 22 iyun 2017-ci il

  • 07-08(269-270) 25 may 2017-ci il

  • 05-06(267-268) 27 aprel 2017-ci il

  • 03-04(265-266) 28 mart 2017-ci il

Bannerlər