Brusellyoz xəstəliyinə qarşı BRUSEVAK (Göz damcısı) vaksininin tətbiqi üzrə təlimat

A+
A
A-

Sublimasiya edilərək formasını dəyişmiş brusella melitensiz vaksini (REV-1 ştamı)

Brusella qoyunlarda və keçilərdə xronikigedişli infeksion xəstəlik olmaqla insanlar üçün ən ciddi zoonotik xəstəlik hesab edilir.

Vaksin ən çox, xəstəlik baş verən regionlarda cavan dişi heyvanların ilk boğaz olduqları müddətdə onları balasalma hallarından qorumaq üçündür.

 

TƏRKİBİ

Hər dozanın tərkibinə ən azı daxildir:

REV-1 Brusella melitensiz ştamı 1×10 9

(Koloniya Formalaşdıran Vahidlər)

 

İSTİFADƏSİ ÜÇÜN GÖSTƏRİŞLƏR

Brusevak cavan qoyun və keçiləri brusellyoza qarşı vaksinasiya etmək üçün istifadə olunur.

 

DOZALARA BÖLMƏ VƏ İSTİFADƏSİ ÜÇÜN GÖSTƏRİŞLƏR

Vaksinasiya qrafiki:

3-6 ay yaş arasında olan quzuları və körpələri (erkək və ya dişi) vaksinasiya edin.

Vaksinasiya proseduru:

 

* Sublimasiya edilmiş vaksin kürəciklərini xüsusi steril buferizə edilmiş

həlledici Yovakda həll edin.

* Vaksin bərpa edildikdən (məhlul vəziyyətinə gətirildikdən sonra) sonra dərhal

istifadə edin.

* Konyunktival yolla (göz qapağının selikli qişası)vaksinasiya edin.

* Dozalara bölmə: gözə yalnız bir damcı.

 

ƏKS TƏSİRLƏR:

1. Brusevakla konyuktival vaksinasiya boğaz qoyunlarda bala salma hallarını minimuma endirir, bununla belə heyvanların ilk 2 və ya 3 aylıq boğaz olduqları halda riski artırır.

2. Brusevak vaksini ilə boğaz qoyun və keçilərin vaksinasiyası ölkədə brusellyozu nəzarətdə saxlamaqda maraqlı olan hökumətin ümumi strategiyasından asılıdır.

 

EHTİYAT TƏDBİRLƏRİ:

Konyunktival yolla vaksinasiya edərkən ətrafin və ya insanların yoluxma hallarından qaçmaq üçün ehtiyatlı olmaq lazımdır.

 

SAXLAMA:

Brusevakı 18 ay müddətində, işıqdan qoruyaraq +2ºC-dən +8ºC-də saxlayın.

Dondurmayın.

30.01.2015
604

Nəşrlər

  • 12(262) 23 dekabr 2016-cı il

  • 11(261) 25 noyabr 2016-cı il

  • 10(260) 27 oktyabr 2016-cı il

  • 09(259) 30 sentyabr 2016-cı il

Bannerlər