Xaçmaz rayonundan Bakıya satış məqsədi ilə gətirilən, mənşəyi məlum olmayan, sümükdən ayrılmış ət...

A+
A
A-



Xaçmaz rayonundan Bakıya satış məqsədi ilə gətirilən, mənşəyi məlum olmayan, sümükdən ayrılmış ətə baxış keçirilmişdir

 

 

Qida təhlükəsizliyi ilə əlaqədar alınmış məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən əlahiddə polis taborunun Xaçmaz rayonu üzrə 3-cü tağımın əməkdaşları tərəfindən Xaçmaz rayonunun Armudpadar kəndinin ərazisində Xaçmaz şəhəri, İ. Qayıbov küçəsi, ev 43-də yaşayan İsmayılov İsmayıl İsmayıl oğluna məxsus  “Mersedens-benz 190” markalı 10-ZO-837 dövlət nömrə nişanlı minik avtomobili saxlanılaraq baxış keçirilmişdir.

 

Baxış zamanı avtomobilin arxa oturacağında və yük yerində Xaçmaz rayonu Armudpadar kənd sakini Məmmədov Aydın Əhməd oğluna məxsus qida məhsulları üçün istifadəsi nəzərə tutulmayan deşilmiş, cırılmış vəziyyətdə qara polietilen torbalarda, antisanitar şəraitdə qablaşdırılmış ümumi çəkisi 170 kq olan sümükdən ayrılmış (obvalka olunmuş) ət və 2 ədəd heyvan ürəyi aşkar edilmişdir.

 

Sümükdən ayrılmış ətin mənşəyinə və sağlamlığına dair heç bir sənəd olmamışdır.

 

Avtomobildə aşkarlanan mənşəyi məlum olmayan sümükdən ayrılmış ətin yararlı olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə ondan baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına təqdim edilmişdir.

 

Laboratoriya müayinələrinin nəticələri məlum olana kimi ümumi çəkisi 170 kq olan sümüksüz ət və 2 ədəd heyvan ürəyi soyuducuda müvəqqəti saxlanca qoyulmuşdur.

 

Aşkar olunmuş sümüksüz ətdən götürülmüş nümunələrin laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada qərar qəbul ediləcəkdir.

14.02.2017
711

Nəşrlər

  • 10-11(305) 30 iyul 2019-cu il

  • 09(304) 19 iyun 2019-cu il

  • 07-08(303) 22 may 2019-cu il

  • 05-06(302) 24 aprel 2019-cu il

Bannerlər