Sabirabad rayonunun Xəlfəli kəndində aşkarlanan, mənşəyi məlum olmayan ətlərin müayinəsi başa...

A+
A
A-

Sabirabad rayonunun Xəlfəli kəndində aşkarlanan, mənşəyi məlum olmayan ətlərin müayinəsi başa çatmışdır

 

 

Xəbər verdiyimiz kimi, fevralın 9-da məlumat əsasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən əlahiddə polis taborunun əməkdaşlarının iştirakı ilə qida təhlükəsizliyinin qorunması, insan həyat və sağlamlığına təhlükə törədən, mənşəyi məlum olmayan heyvandarlıq məhsulları satışının qarşısının alınması məqsədi ilə Sabirabad rayonunun Xəlfəli kəndində heyvandarlıq məhsullarına baytarlıq baxışı keçirilmişdir.

 

Baxış zamanı Sabirabad rayonu, Xəlfəli kənd sakini Şahverdiyev Əlifxan Salamulla oğluna məxsus evin həyətində qanunsuz, antisanitar şəraitdə fəaliyyət göstərən, primitiv şəkildə quraşdırılmış heyvan kəsim yeri (sallaqxana), mənşəyinə və  sağlamlığına dair heç bir baytarlıq sənədi olmayan, ümumi çəkisi 600 kq olan heyvan ətləri aşkar edilmişdir. Həmin ətlərdən baytarlıq laboratoriyasında müayinə üçün nümunələr götürülmüşdür.

 

Respublika Baytarlıq Laboratoriyasında aparılan bakterioloji müayinələrin nəticəsinə əsasən götürülən 24 nümunə ət və 1 nümunə daxili orqanda (qaraciyərdə) bakterioloji çirklənmə (BÇQB, stafilakokkos aureus, salmonella typfimurium) aşkar edilmişdir. Biokimyəvi müayinələrin nəticəsinə əsasən götürülən nümunələrin hamsının aqoniya vəziyyətində və ya öldükdən sonra kəsilmiş heyvan ətləri (leş əti) olması müəyyənləşdirilib. Müayinə zamanı bütün nümunələrin keyfiyyətsiz, qida üçün baytarlıq-sanitariya cəhətdən yararsız olması müəyyən edilmişdir. Həmçinin aparılan müayinə zamanı 24 ət nümunəsindən 1 nümunənin at, 3 nümunənin xırdabuynuzlu heyvan və 20 nümunənin iribuynuzlu heyvan əti olması müəyyən edilmişdir.

 

Respublika Baytarlıq Laboratoriyasının müvafiq ekspertizasının nəticəsi nəzərə alınaraq insan səhhətinə ağır zərər yetirən, bakterioloji çirklənməyə məruz qalan, aqoniya vəziyyətində və ya öldükdən sonra kəsilmiş, ümumi çəkisi 600 kq olan heyvan ətləri (at, iribuynuzlu və xırdabuynuzlu heyvan ətləri) haqqında qanunvericiliyə uyğun tədbir görüləcəkdir.

17.02.2017
676

Nəşrlər

  • 10-11(305) 30 iyul 2019-cu il

  • 09(304) 19 iyun 2019-cu il

  • 07-08(303) 22 may 2019-cu il

  • 05-06(302) 24 aprel 2019-cu il

Bannerlər