Xaçmaz rayonundan Bakıya satış məqsədi ilə gətirilən, sümükdən ayrılmış ətlərin müayinəsi yekunlaşmışdır

A+
A
A-

Xaçmaz rayonundan Bakıya satış məqsədi ilə gətirilən, sümükdən ayrılmış ətlərin müayinəsi başa çatmışdır

 

 

Xəbər verdiyimiz kimi, fevralın 14-də qida təhlükəsizliyi ilə əlaqədar alınmış məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən əlahiddə polis taborunun Xaçmaz rayonu üzrə 3-cü tağımının əməkdaşları tərəfindən Xaçmaz rayonunun Armudpadar kəndi ərazisində Xaçmaz şəhəri, İ.Qayıbov küçəsi, ev 43-də yaşayan İsmayılov İsmayıl İsmayıl oğluna məxsus  “Mersedens-benz 190” markalı 10-ZO-837 dövlət nömrə nişanlı minik avtomobilinə baxış keçirilmişdir.

 

Baxış zamanı avtomobilin arxa oturacağında və yük yerində Xaçmaz rayonu Armudpadar kənd sakini Məmmədov Aydın Əhməd oğluna məxsus qida məhsulları üçün istifadəsi nəzərdə tutulmayan deşilmiş, cırılmış vəziyyətdə qara polietilen torbalarda, antisanitar şəraitdə qablaşdırılmış, ümumi çəkisi 170 kq olan sümükdən ayrılmış (obvalka olunmuş) ət və 2 ədəd heyvan ürəyi aşkar edilmişdir.

 

Avtomobildə aşkarlanan mənşəyinə və sağlamlığına dair heç bir baytarlıq sənədi olmayan sümükdən ayrılmış ətin qida üçün yararlı olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə ondan baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilmişdir.

 

Respublika Baytarlıq Laboratoriyasında aparılan bakterioloji müayinələrin nəticəsinə əsasən nümunələrin hər birində bakterioloji çirklənmə (BÇQB, stafilakokkos aureus, salmonella typfimurium) aşkar edilmişdir. Biokimyəvi müayinələrin nəticəsinə əsasən nümunələrin hamsının aqoniya vəziyyətində və ya öldükdən sonra (leş əti) kəsilmiş at əti olması müəyyənləşdirilmişdir. Həmçinin müayinə zamanı bütün nümunələrin keyfiyyətsiz, qida üçün baytarlıq-sanitariya cəhətdən yararsız olması müəyyən edilmişdir.

 

Respublika Baytarlıq Laboratoriyasının müvafiq ekspertizasının nəticəsi nəzərə alınaraq insan səhhətinə ağır zərər yetirən, bakterioloji çirklənməyə məruz qalan, aqoniya vəziyyətində və ya öldükdən sonra kəsilmiş at ətləri haqqında qanunvericiliyə uyğun tədbir görüləcəkdir.

17.02.2017
576

Nəşrlər

  • 10-11(305) 30 iyul 2019-cu il

  • 09(304) 19 iyun 2019-cu il

  • 07-08(303) 22 may 2019-cu il

  • 05-06(302) 24 aprel 2019-cu il

Bannerlər