Quduzluq xəstəliyinin kökünün kəsilməsinə dair seminar keçirilib

A+
A
A-

 

 

Fevralın 20-dən 23-dək Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən "Azərbaycanda Epidemioloji Nəzarət Sisteminin Gücləndirilməsi İstiqamətində Dövlət Baytarlıq Nəzarəti Xidmətinə (DBNX) Dəstək" “Tvinninq” layihəsinin komponentlərinə daxil olan "Azərbaycanda Quduzluğun kökünün kəsilməsi üzrə Milli Planın tərtibatı"na dair seminar keçirilib.

 

Seminar Kənd Təsərrüfatı Nazirliyi ilə Avropa İttifaqının (Aİ) birgə təşkilatçılığı ilə reallaşıb.

 

Seminarda  layihəni həyata keçirən Fransız-Macar Konsorsumunun, Kənd Təsərrüfatı Nazirliyi, Səhiyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ekologiya  və Təbii Sərvətlər Nazirliyi və Təhsil Nazirliyi, Ovçular Cəmiyyəti və Canlı Aləmin Mühafizəsi Alyansının nümayəndələri iştirak ediblər.

 

Beynəlxalq ekspertlərin və  yüksək səviyyəli nümayəndələr qrupunun (qrupa Kənd Təsərrüfatı Nazirliyi, Səhiyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ekologiya  və Təbii Sərvətlər Nazirliyi və Təhsil Nazirliyi daxildir) iştirak etdiyi tədbirdə insanlar və heyvanlar üçün ümumi olan quduzluq xəstəliyinin Azərbaycanda kökünün kəsilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi, bu sahədə istər vəhşi, istərsə də ev heyvanları arasında durumun necə olması və gələcəkdə bu sahədə aparılan tədbirlər barəsində təqdimatlar olub.

 

Seminarda çıxış edən Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən Azər Süleymanov qeyd edib ki, "Tvinniq" layihəsi sayəsində Azərbaycanda təhlükəli yoluxucu xəstəliklərin, o cümlədən quduzluq xəstəliyinin əvvəlcədən müəyyən edilməsi, vəhşi təbiətdə qarşısının  alınması və epizootiya baş verən zaman təcili reaksiya verilməsi mümkün olacaq.

 

 

Həmçinin A.Süleymanov ölkənin baytarlıq xidmətinin strukturuna daxil olan qurumların maddi-texniki bazasının gücləndirilməsindən, beynəlxalq əlaqələrdən, baytarlıq sahəsində həyata keçirilən layihələrdən, baytarlıq mütəxəssislərinin müasir təlim kurslarında iştirak etmələrindən danışıb.

 

Çıxış edənlər bildiriblər ki, hər bir nazirliyin quduzluq xəstəliyinin kökünün kəsilməsi planında və ictimai maarifləndirmə kampaniyasında yaxından iştirak etmələri çox vacibdir. Layihə çərçivəsində aparılacaq tədbirlərin nəticəsi olaraq Azərbaycanda insanlar və heyvanlar üçün təhlükəli olan quduzluq xəstəliyi tədricən azalacaq və yaxın gələcəkdə kökü kəsiləcək.

 

24.02.2017
743

Nəşrlər

  • 10-11(305) 30 iyul 2019-cu il

  • 09(304) 19 iyun 2019-cu il

  • 07-08(303) 22 may 2019-cu il

  • 05-06(302) 24 aprel 2019-cu il

Bannerlər