Dövlət Baytarlıq Nəzarəti Xidmətinin 8 Mart təbriki

A+
A
A-

 

 

Əziz xanımlar! Hörmətli həmkarlar!

Analar və bacılar,

 

Sizi 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, hamınıza cansağlığı, səadət və uğurlar arzulayırıq.

 

8 Mart Dünya Qadınlar Günü bütün dünyada, qadınların bərabərlik, inkişaf və daha dinc həyat həsrətlərini və istəklərini dilə gətirdikləri, birlik günü olaraq qeyd olunmaqdadır.

 

Baytarlıq qadınlar üçün çətin sahələrdən olsa da burada çalışan xanımlardan xüsusi əzimkarlıq tələb edilir. Siz vicdanla və məsuliyyətlə bu çətin vəzifənin öhdəsindən cəsarətlə gəlməyi bacarırsınız. Professional bacarıq və qabiliyyətiniz sayəsində ölkəmizin epizootik sabitliyinin təminatında və inkişafında xidmətləriniz danılmazdır.

 

Sizə möhkəm cansağlığı, ailə səadəti, xoşbəxtlik və əbədi yaz tərəvətli günlər arzulayırıq. Bayramınız mübarək Əziz Xanımlar!!!

 

 Sizə böyük hörmətlə

 

 

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət

Baytarlıq Nəzarəti Xidmətinin kollektivi

06.03.2017
595

Nəşrlər

  • 10-11(305) 30 iyul 2019-cu il

  • 09(304) 19 iyun 2019-cu il

  • 07-08(303) 22 may 2019-cu il

  • 05-06(302) 24 aprel 2019-cu il

Bannerlər