Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Novruz təbriki

A+
A
A-

 

 

ƏZİZ DOSTLAR! HÖRMƏTLİ HƏMKARLAR!

 

Sizi və bütün Azərbaycan xalqını Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər bir Azərbaycan vətəndaşına, ölkəmizin epizootik sağlamlığı keşiyində ayıq-sayıq dayanan insanların hər birinə bu bayram günlərində xoşbəxtlik, cansağlığı arzulayırıq.

 

Novruz barışıq, dostluq, səmimiyyət, təmizlik və yeniləşmə əhval-ruhiyyəsi yaradan ümum el bayramıdır. Novruz həm də təbiətin oyanışı ilə ürəklərdə saf niyyətlərin, xoş arzuların yarandığı bir bayram, insanla təbiətin bütövləşməsinin, harmoniyasının təcəssümüdür.

 

Bu əziz Novruz bayramı ərəfəsində bir daha hamınızı ürəkdən təbrik edir, hər bir baytarlıq ordusunun nümayəndəsinə, bütövlükdə  Azərbaycan vətəndaşına cansağlığı, xoşbəxtlik və yeni uğurlar arzulayırıq!

 

Arzu edirik ki,  ürəyiniz ümidli, ümidləriniz atlı, sevdanız qanadlı, sevinciniz qatlı, süfrəniz dadlı, məkanınız taxtlı, ömrünüz bəxtli, eviniz bərəkətli olsun! Novruz bayramınız bir daha mübarək olsun!

 

Sizə böyük hörmətlə

 

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət

 

Baytarlıq Nəzarəti Xidmətinin kollektivi

 

15.03.2017
684

Nəşrlər

  • 10-11(305) 30 iyul 2019-cu il

  • 09(304) 19 iyun 2019-cu il

  • 07-08(303) 22 may 2019-cu il

  • 05-06(302) 24 aprel 2019-cu il

Bannerlər