Azərbaycana xəstə heyvan və heyvan mənşəli məhsullar idxal edilməmişdir

A+
A
A-

 

 

Bəzi kütləvi informasiya vasitələrində (KİV) guya Gürcüstan vasitəsi ilə Ermənistan mənşəli vərəm xəstəliyinə yoluxmuş diri heyvan və heyvan ətlərinin Azərbaycan Respublikasına idxal edilməsi barədə məlumat yayılmışdır. Bununla əlaqədar Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) bildirir ki, bu məlumatların heç bir əsası yoxdur, həqiqəti əks etdirmir, heç bir fakta söykənmir və Ermənistandan heç bir heyvan və heyvan mənşəli məhsullar ölkəmizə idxal edilməmişdir.

 

Gürcüstan və digər ölkələrdən Azərbaycana gətirilən heyvan və heyvan mənşəli məhsullara həmin ölkələrin baytarlıq xidmətləri tərəfindən sağlamlığına dair baytarlıq sertifikatı və digər müvafiq sənədləri təqdim edildikdən sonra onların idxalına icazə verilir. Respublikaya idxalına icazə verilmiş heyvandarlıq məhsulları müvafiq laboratoriya müayinələrindən keçirildikdən sonra istifadəsinə icazə verilir. Bu müddət ərzində laboratoriyada müvafiq analizləri aparılan idxal edilən məhsullarda vərəm və digər infeksion xəstəliklərin törədiciləri aşkar edilməmişdir.

 

Dövlət Baytarlıq Nəzarəti Xidməti bu yayılmış məlumatların həqiqəti əks etdirmədiyini, heç bir real faktlara əsaslanmadığını və şayiə xarakterli olduğunu  bildirir.

 

Dövlət Baytarlıq Nəzarəti Xidməti onu da bildirir ki, respublikaya idxal olunan bütün heyvan və heyvan mənşəli məhsullara nəzarət olunur və ölkədə epizootik vəziyyət sabitdir.

18.03.2017
534

Nəşrlər

  • 10-11(305) 30 iyul 2019-cu il

  • 09(304) 19 iyun 2019-cu il

  • 07-08(303) 22 may 2019-cu il

  • 05-06(302) 24 aprel 2019-cu il

Bannerlər