Cəlilabad rayonunda aşkarlanan at ətinin müayinəsi başa çatmış və zərərsizləşdirilmişdir

A+
A
A-

 

 

Xəbər verdiyimiz kimi, aprelin 1-i axşam saatlarında Cəlilabad Rayon Baytarlıq İdarəsinin mütəxəssisləri və Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Maşlıq kənd sakini Saqif Abbasova məxsus köhnə quşçuluq fermasına baxış keçirərkən təsərrüfat sahibinin bir neçə şəxslə əlbir olaraq yenidən at kəsimi ilə məşğul olduğu müəyyən edilmişdir.

Fermada aşkarlanan antisanitar şəraitdə kəsilən 4 baş at cəmdəklərindən, sümükdən ayrılmış ətlərdən və atların daxili orqanlarından nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilmişdir.

            Fermada aşkar edilən ümumi çəkisi 600 kq olan at ətləri Cəlilabad Rayon Baytarlıq İdarəsinin saxlama kamerasına yerləşdirilmişdir.

            Respublika Baytarlıq Laboratoriyasında aparılan bakterioloji müayinələrin nəticəsinə əsasən götürülən nümunələrdə bakterioloji çirklənmə (BÇQB, salmonella abortus equi) aşkar edilmişdir. Biokimyəvi müayinələrin nəticəsinə əsasən nümunələrin kəsilmiş at əti olması və bütün nümunələrin qida üçün, baytarlıq-sanitariya cəhətdən tamam yararsız olması müəyyən edilmişdir.

            Respublika Baytarlıq Laboratoriyasının müvafiq ekspertizasının nəticəsi nəzərə alınaraq insan səhhətinə ağır zərər yetirən, bakterioloji çirklənməyə məruz qalan, Saqif Abbasova məxsus köhnə quşçuluq fermasında aşkarlanan, müayinələri başa çatana kimi saxlama kamerasına yerləşdirilmiş ümumi çəkisi 600 kq olan at ətlərinin zərərsizləşdirilməsinə qərar verilmişdir.

            Qərara uyğun olaraq bakterioloji çirklənməyə məruz qalan at cəmdəkləri baytarlıq mütəxəssislərinin nəzarəti altında Cəlilabad rayonundakı məişət tullantıları poliqonunda xüsusi ayrılmış ərazidə aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun olaraq  zərərsizləşdirilmişdir.

            Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar müvafiq tədbirlər bundan sonra da davam etdiriləcək, belə qanuna zidd fəaliyyətlə məşğul olan, baytarlıq-sanitariya qaydalarına riayət etməyən fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcəkdir.

10.05.2017
275

Nəşrlər

  • 12(274) 15 avqust 2017-ci il

  • 10-11(272-273) 19 iyul 2017-ci il

  • 09(271) 22 iyun 2017-ci il

  • 07-08(269-270) 25 may 2017-ci il

Bannerlər