Bakı şəhərində antisanitar şəraitdə saxlanılan, yararlıq müddəti bitmiş kolbasa ...

A+
A
A-



Bakı şəhərində antisanitar şəraitdə saxlanılan, yararlıq müddəti bitmiş kolbasa məmulatlarının müayinəsi başa çatmışdır

 

 

Xəbər verdiyimiz kimi, mayın 5-də qida təhlükəsizliyi ilə əlaqədar alınan məlumat əsasında  Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin  Bakı Şəhər Baytarlıq İdarəsinin mütəxəssislərinin və Daxili İşlər Nazirliyinin Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə birgə insan qidası üçün yararlığı şübhə doğuran kolbasa məmulatlarının satışının qarşısının alınması məqsədi ilə Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, H.Ağamalıyev küçəsi 1 ünvanında yerləşən Həsənov Fuad Alik oğluna məxsus kolbasa məhsullarının satışı anbarına baxış keçirilmişdir.

Baxış zamanı 20 kvadrat metr sahəsi olan, havalandırma və soyuducu sistemi olmayan qarajda temperatur rejiminə əməl edilməyən, qeyri-qanuni, antisanitar şəraitdə ümumi çəkisi 100 kq olan yararlıq müddəti bitən kolbasa məmulatlarının saxlanıldığı və satıldığı aşkar olunmuşdur. İlkin araşdırma zamanı anbar kimi istifadə edilən qarajda “Payim” firmasının istehsal etdiyi yararlıq müddəti bitmiş, kiflənmiş və insan qidası üçün təhlükəli olan “Doktorskaya”, bişmiş, yarım hisə verilmiş “Krakovskaya” və yarım hisə verilmiş ”Xlbmaya” kolbasa məmulatlarının olması müəyyən edilmişdir.

Bakı Şəhər Baytarlıq İdarəsinin əməkdaşları qarajda aşkar edilmiş kolbasa məmulatlarından baytarlıq qanunvericiliyinə müvafiq nümunələr götürərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərmişlər.

Respublika Baytarlıq Laboratoriyasının mwvafiq ekspertizasına əsasən yoxlanılan nümunələrdə (“Krakovskaya” kolbasa, "Sab" və "Ovcu" sosisləri) bakterioloji çirklənmə (BÇQB, salmonella aboreus, salmonella typhimurium) aşkar edilmişdir. Bakterioloji və biokimyəvi müayinələrin nəticəsinə əsasən yoxlanılan nümunələrin insan qidası üçün baytarlıq-sanitariya cəhətdən yararsız olması müəyyən edilmişdir.

Respublika Baytarlıq Laboratoriyasının müvafiq ekspertizasının nəticəsinə əsasən insan səhhətinə ağır zərər yetirə bilən, bakterioloji çirklənməyə məruz qalan, baytarlıq-sanitariya cəhətdən yararsız olan qarajda saxlanılan və satılan  “Krakovskaya” kolbasası, "Sab" və "Ovcu" sosis məmulatları barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcəkdir.

 

10.05.2017
397

Nəşrlər

  • 16-17(278-279) 08 noyabr 2017-ci il

  • 15(277) 17 oktyabr 2017-ci il

  • 13-14(275-276) 07 sentyabr 2017-ci il

  • 12(274) 15 avqust 2017-ci il

Bannerlər