Böhtan və qərəzli fikirlərin heç bir əsası yoxdur

A+
A
A-

 

 

Bir sıra kütləvi informasiya vasitələrində (KİV) “Meat Trading” MMC-nin direktoru Hüseynov Ceyhun Kamil oğlu və vergi ödəyicisi-fiziki şəxs Qarayev İlham Teyyub oğlu tərəfindən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) Daşkəsən və Göygöl rayon baytarlıq idarələrinin əməkdaşları Daşkəsən RPŞ-nin əməkdaşları ilə birgə 26 aprel 2017-ci il tarixində saat 20.05 radələrində Daşkəsən rayonu, Quşçu körpü kəndində “Elba” MMC-yə məxsus əmlak kompleksinin binasına MMC-nin direktorunun və etibarnaməli nümayəndəsinin iştirakı olmadan baxış keçirilməsi, baxış zamanı aşkar olunmuş ət məhsullarından at əti “Meat Trading” MMC-nə məxsus olması, hər iki soyuducu kamerada aşkar olunmuş iribuynuzlu heyvan-dana əti və ət məhsulları vergi ödəyicisi-sahibkar Qarayev İlham Teyyub oğluna məxsus olması, baxış zamanı “Elba” MMC-yə məxsus hər hansı mənşəyi bilinməyən ət və ət məhsullarının aşkar edilməməsi, eləcə də ərazinin “Meat Trading” MMC-yə və fiziki şəxs İlham Qarayevə icarəyə verilməsi, onların fəaliyyətinin tam qanuni olması bildirilir.

Dövlət Baytarlıq Nəzarəti Xidməti insanları çaşdıran, yanlış məlumatla əlaqədar bildirir ki, Daşkəsən rayonu, Quşçu qəsəbəsinin inzibati ərazisində yerləşən "Elba" MMC-yə məxsus kəsim və emalı fabrikində 26 aprel 2017-ci il tarixində aparılan tədbir Daxili İşlər Nazirliyinin Daşkəsən Rayon Polis Şöbəsi tərəfindən həyata keçirilmişdir. İlkin olaraq Daşkəsən Rayon Polis Şöbəsi tərəfindən yol hərəkəti qaydalarını pozduğuna görə Əliyev Nafiq Rüstəm oğlunun idarə etdiyi "Hundai" markalı 99-KV-790 dövlət nömrə nişanlı yük avtomobili saxlanılmış və avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobildə sağlamlığına və mənşəyinə dair heç bir sənədi olmayan, ümumi çəkisi 1000 kq olan sümüksüz ətlər aşkar edilmişdir. Daha sonra Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları həmin mənşəyi məlum olmayan sümüksüz ətlərin yükləndiyi “Elba” MMC-yə məxsus kəsim və emalı fabrikinə də baxış keçirmişlər. Polis əməkdaşları tərəfindən keçirilən baxış zamanı “Elba” MMC-yə məxsus kəsim və emalı fabrikinin soyuducu kameralarında sağlamlığına və mənşəyinə dair heç bir sənədi olmayan ümumi çəkisi 5680 kiloqram olan sümükdən ayrılmış ətlər, ümumi çəkisi 360 kiloqram olan heyvanın iç piyi, 4 baş iribuynuzlu heyvan baş-ayağı və dərisi aşkar edilmişdir.

Daşkəsən Rayon Polis Şöbəsi tərəfindən aşkar edilmiş ətlərin mənşəyini və qida üçün yararlığını müəyyən etmək məqsədi ilə aşkar olunmuş mənşəyi məlum olmayan həmin ətlərdən nümunələrin götürülməsi üçün Dövlət Baytarlıq Nəzarəti Xidmətinə müraciət edilmişdir. Daşkəsən Rayon Polis Şöbəsinin müraciətinə əsasən Daşkəsən və Göygöl rayon baytarlıq idarələrinin əməkdaşları sağlamlığına və mənşəyinə dair heç bir sənədi olmayan ətlərin insan qidası üçün yararlığını və mənşəyini müəyyən etmək məqsədi ilə Əliyev Nafiq Rüstəm oğlunun idarə etdiyi  "Hundai" markalı 99-KV-790 dövlət nömrə nişanlı yük avtomobilindən və Daşkəsən rayonu Quşçu qəsəbəsinin inzibati ərazisində yerləşən, “Elba” MMC-yə məxsus kəsim və emalı fabrikində aşkarlanan sümüksüz ətlərdən nümunələr götürərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərmişlər.

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin strukturuna daxil olan qurumlar Əliyev Nafiq Rüstəm oğlunun idarə etdiyi "Hundai" markalı 99-KV-790 dövlət nömrə nişanlı yük avtomobilində və “Elba” MMC-yə məxsus kəsim və emalı fabrikinin soyuducu kameralarında sağlamlığına və mənşəyinə dair heç bir sənədi olmayan ətlərin aşkarlanması tədbirlərinin heç birində iştirak etməmişlər. Daşkəsən və Göygöl rayon baytarlıq idarələrinin əməkdaşları yalnız 26 aprel 2017-ci il tarixində Daşkəsən Rayon Polis Şöbəsi tərəfindən "Hundai" markalı 99-KV-790 dövlət nömrə nişanlı yük avtomobilində və “Elba” MMC-yə məxsus kəsim və emalı fabrikinin soyuducu kameralarında sağlamlığına və mənşəyinə dair heç bir sənədi olmayan ətlər aşkar edildikdən sonra laboratoriya müayinəsi üçün nümunə götürmək məqsədilə əraziyə dəvət olunmuşlar. Həmçinin tədbiri keçirən Daşkəsən Rayon Polis Şöbəsi tərəfindən "Elba” MMC-nin nümayəndələri də əraziyə çağrılmışlar.

26 aprel 2017-ci il tarixində Daşkəsən Rayon Polis Şöbəsinin, Daşkəsən Rayon Baytarlıq İdarəsinin və “Elba” MMC-nin nümayəndələrinin iştirakı ilə akt tərtib olunmuşdur. Həmin akta özlərini Elba” MMC-yə məxsus kəsim və emalı fabrikinin iş icraçısı kimi təqdim edən İlham Qarayev, “Elba” MMC-yə məxsus kəsim və ət emal fabrikinin nümayəndəsi kimi təqdim edən Səbuhi Cahangirov, “Elba” MMC-yə məxsus kəsim və ət emal fabrikasının anbardarı kimi təqdim edən Rafiq Xəlilov imza etmişlər(aktın sürəti əlavə edilir).

“Elba” MMC-nin nümayəndəsi kimi özlərini təqdim edən hər 3 nəfər tədbirdə iştirak edib, aktı imzalayıb və akta heç bir əlavə etiraz bildirməmişlər.

“Meat Trading” MMC-nin direktoru Hüseynov Ceyhun Kamil oğlu və vergi ödəyicisi-fiziki şəxs Qarayev İlham Teyyub oğlu özlərini təmizə çıxarmaq məqsədilə bildirirlər ki, guya 26 aprel 2017-ci il tarixində Daşkəsən Rayon Polis Şöbəsi tərəfindən tərtib olunmuş akta İlham Qarayev bilmədən imza etmişdir. Ancaq tədbir həyata keçirilən zaman Daşkəsən Rayon Polis Şöbəsinin, Daşkəsən Rayon Baytarlıq İdarəsinin və “Elba” MMC-nin nümayəndələrinin iştirakı ilə tərtib edilmiş aktda İlham Qarayev özünü Elba” MMC-yə məxsus kəsim və emalı fabrikinin iş icraçısı kimi təqdim etmiş, akta heç bir əlavə etirazını bildirməmiş və həmin aktı imzalamışdır.

Özlərini “Elba” MMC-nin nümayəndəsi kimi təqdim edən hər 3 nəfər tədbirdə iştirak edib və aktı özləri imzalayıblar.

Aktda adları qeyd edilən “Elba” MMC-nin nümayəndələri, eləcə də özünü Elba” MMC-yə məxsus kəsim və emalı fabrikinin iş icraçısı kimi təqdim etmiş İlham Qarayev tədbir keçirilən zaman ərazinin icarəyə götürülməsi və digər hallarla bağlı heç bir məlumat verməmiş, aşkar olunan həmin ətlərin sağlamlığına və mənşəyinə dair heç bir sənəd təqdim etməmişlər.  

“Elba” MMC-yə məxsus ərazinin “Meat Trading” MMC-yə və fiziki şəxs İlham Qarayevə icarəyə verilməsi və orada onlar tərəfindən heyvan kəsiminin aparılması ilə əlaqədar Daşkəsən Rayon Baytarlıq İdarəsində də heç bir məlumat və qeydiyyat mövcud deyildir.

28 aprel 2017-ci il tarixdə ATV televiziya kanalının saat 20:30-da başlayan "ATV Xəbər"lər proqramında efir vasitəsilə ictimaiyyətə təqdim edilmiş süjetdə fabrikin iş icraçısı kimi adı aktda qeyd edilən İlham Qarayevlə "Elba" MMC-nin nümayəndəsi Səbuhi Cahangirovun fikirləri ziddiyyətli  olmuş və biri digərini təkzib etmişdir. Həmin süjetdə İlham Qarayev orada onun yalnız 300 kq ətinin olmasını bildirmiş və qeyd etmişdir ki, digər aşkarlanan ətlərin hamısı  "Elba" MMC-yə məxsusdur.

Aşkarlanan ətlərdən müayinə üçün nümunələr götürülən zaman özlərini “Elba” MMC-nin nümayəndələri kimi təqdim edənlər müayinə üçün onlara da götürülən nümunənin verilməsi barədə Daşkəsən Rayon Polis Şöbəsinə müraciətləri olmamış və bu barədə aktda heç bir əlavə qeyd edilməmişdir.

Mətbuat səhifələrində “göstərilən”, guya “müqavilə” adlandırdıqları sənədə gəlincə, qeyd etməliyik ki, həmin sənədlər, müqavilə notariat qaydasında təsdiq olunmalı və vergi orqanlarına təqdim olunaraq qeydiyyatdan keçməlidir.

Qarayev İlham Teyyub oğlu və digərləri öz qanunsuz əməllərini, bakterioloji çirklənməyə məruz qalmış, ölmüş və ya aqoniya vəziyyətində kəsilmiş at və iribuynuzlu heyvan ətlərini  ört-basdır etmək məqsədi ilə bu cür iyrənc, şər və böhtan xarakterli fikirləri mətbuat səhifələrinə çıxarmaqdan çəkinmir və insanları çaşdırmağa çalışırlar. 

Dövlət Baytarlıq Nəzarəti Xidməti 27, 29 və 30 aprel 2017-ci il tarixli məlumatlarında (www.vet.gov.az saytı) tədbirin Daşkəsən Rayon Polis Şöbəsi tərəfindən aparıldığı, eləcə də Daşkəsən və Göygöl rayon baytarlıq idarələrinin əməkdaşlarının Daşkəsən  Rayon Polis Şöbəsinin müraciəti əsasında sağlamlığına və mənşəyinə dair heç bir sənədi olmayan ətlərdən  laboratoriya müayinəsi üçün nümunələr götürmələri vurğulanmışdır.

Tərtib olunmuş akta və aşkar olunan faktlara istinad edərək bir daha bildiririk ki, Daşkəsən Rayon Polis Şöbəsi tərəfindən "Hundai" markalı 99-KV-790 dövlət nömrə nişanlı yük avtomobilində və “Elba” MMC-yə məxsus kəsim və emalı fabrikinin soyuducu kameralarında aşkar olunan ətlərə Daşkəsən Rayon Baytarlıq İdarəsi tərəfindən mənşəyinə və sağlamlığına dair heç bir baytarlıq arayışı verilməmiş və ətlərin üzərində heç bir baytarlıq idarəsinin möhürü olmamışdır. Aşkar olunan ətlərin mənşəyinə və sağlamlığına dair heç bir müvafiq sənəd olmadığı üçün həmin ətlər mənşəyi məlum olmayan ətlər kimi sənədləşdirilmiş, mənşəyini və sağlamlığını müəyyənləşdirmək məqsədi ilə nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilmişdir. 

Respublika Baytarlıq Laboratoriyasında aparılan ekspertizanın nəticəsinə əsasən Əliyev Nafiq Rüstəm oğlunun idarə etdiyi "Hundai" markalı 99-KV-790 dövlət nömrə nişanlı yük avtomobilində aşkar edilən ətlərdən götürülən nümunələrin hamısının ölmüş və ya aqoniya vəziyyətində kəsilmiş at ətlərinin olması müəyyən edilmişdir. Həmçinin həmin ətlərin insan sağlamlığına, səhhətinə zərər yetirən bakteriyalarla çirkləndiyi müəyyən olunmuşdur (Ekspertiza N 0501, L-4/434 saylı, 29 aprel 2017-ci il tarixli ).

“Elba” MMC-yə məxsus kəsim və emalı fabrikinin soyuducu kameralarında aşkar olunan ətlərdən götürülən nümunələrin beşinin ölmüş və ya aqoniya vəziyyətində kəsilmiş at ətləri olması, digər nümunələrin isə aqoniya vəziyyətində kəsilmiş iribuynuzlu heyvan ətlərinin olması müəyyən edilmişdir. Həmçinin həm at ətinin, həm də iribuynuzlu heyvan ətlərinin insan sağlamlığına, səhhətinə zərər yetirən bakteriyalarla çirkləndiyi müəyyən olunmuşdur (Ekspertiza N 0501, L-4/434 saylı, 29 aprel 2017-ci il tarixli ).

Laboratoriya ekspertizalarının nəticələri müvafiq araşdırmalar aparan Daşkəsən Rayon Polis Şöbəsinə göndərilmişdir.

Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, heç vaxt qərəzli mövqe tutmamış, bu günə qədər “Elba”MMC-lə və ya hər hansı qurumla heç bir qərəzli münasibətdə olmamışdır.

Dövlət Baytarlıq Nəzarəti Xidməti haqqında yazılan bu məlumatların heç biri həqiqəti əks etdirmir, qərəzli və  əsassızdır.

Hal-hazırda Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən araşdırmalar aparılır.

11.05.2017
396

Nəşrlər

  • 12(274) 15 avqust 2017-ci il

  • 10-11(272-273) 19 iyul 2017-ci il

  • 09(271) 22 iyun 2017-ci il

  • 07-08(269-270) 25 may 2017-ci il

Bannerlər