İsmayıllı rayonundan Bakıya satış məqsədi ilə gətirilən at əti aşkarlanmış və müayinə üçün ...

A+
A
A-

 

 

İsmayıllı rayonundan Bakıya satış məqsədi ilə gətirilən at əti aşkarlanmış və müayinə üçün nümunələr götürülmüşdür

 

09 iyun 2017-ci il tarixində Daxili İşlər Nazirliyinin Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən "Merscedes-Benz” markalı 31-BE-643 dövlət nömrə nişanlı minik avtomobilinə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin antisanitar vəziyyətdə, daşıma üçün heç bir şəraiti olmayan yük yerində İsmayıllı rayonu, Qubaxəlilli kənd sakini Həsənov Saleh Əmirxan oğluna məxsus ümumi çəkisi 100 kq olan sümükdən ayrılmış at əti aşkar edilmişdir.

 

Binəqədi Rayon Polis İdarəsinin müraciətinə əsasən Bakı Şəhər Baytarlıq İdarəsinin mütəxəssisləri tərəfindən "Merscedes-Benz” markalı 31-BE-643 dövlət nömrə nişanlı minik avtomobilin yük yerində antisanitar şəraitdə yığılmış, mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan 2 baş atın sümüksüz ətlərinin sağlamlığını və mənşəyinin müəyyənləşdirmək məqsədi ilə nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilmişdir.

 

Avtomobildə  aşkar olunan İsmayıllı rayonu, Qubaxəlilli kənd sakini Həsənov Saleh Əmirxan oğluna məxsus sümükdən ayrılmış at ətlərinin müayinələri başa çatana kimi həmin ətlər soyuducu kameraya yığılaraq müvəqqəti saxlanca qoyulmuşdur.

 

Hal-hazırda Binəqədi Rayon Polis İdarəsi tərəfindən müvafiq araşdırmalar aparılır. Ətlərdən götürülən nümunələrin laboratoriya müayinələrinin nəticələri Binəqədi Rayon Polis İdarəsinə təqdim ediləcək və müayinənin nəticələrindən asılı olaraq müvafiq tədbirlər görüləcəkdir.

10.06.2017
377

Nəşrlər

  • 16-17(278-279) 08 noyabr 2017-ci il

  • 15(277) 17 oktyabr 2017-ci il

  • 13-14(275-276) 07 sentyabr 2017-ci il

  • 12(274) 15 avqust 2017-ci il

Bannerlər