Dövlət Xidmətinin AÇIQ TENDER ELANI 19-06-2017

A+
A
A-

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti

2017-ci ildə Dövlət Baytarlıq Nəzarəti Xidmətinin strukturuna daxil olan laboratoriyalarda laborator müayinələrin aparılması üçün lazımi laboratoriya reaktivlərinin və diaqnostikumların satınalınması məqsədilə

 

AÇIQ  TENDER  ELAN  EDİR

 

Tender 1 (bir) lot üzrə keçirilir:

 Lot–1. Laboratoriya reaktivlərinin və diaqnostikumların satınalınması.

Tender proseduru 20 iyul 2017-ci il saat 16.00–da iddiaçıların və onların səlahiyyətli nümayəndələrinin iştirakı ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində keçiriləcəkdir (Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, 3123-cü məhəllə). Laboratoriya reaktivlərinin və diaqnostikumların satınalınması büdcədən kənar vəsaitlər hesabına maliyyələşdirilir. Tələb olunan mallar tenderin qalibi olmuş iddiaçı tərəfindən müqavilədə nəzərdə tutulan vaxta kimi respublika baytarlıq laboratoriyasına təhvil verilməlidir.

Tenderdə iştirak etmək istəyənlər tenderin əsas şərtlər toplusunu Dövlət Baytarlıq Nəzarəti Xidmətinin hesabına lot üçün 50 manat və ya sərbəst dönərli valyuta ekvivalenti məbləğində iştirak haqqı ödədikdən sonra şərtlər toplusunu tender komissiyasının əlaqənləndiricisi Mustafa İbrahim oğlu Allahverənovdan ala bilərlər.

Telefon: (+99412) 562-97-72. Faks: (+99412) 562-66-06. Dövlət Xəzinədarlığı Agentliyi 7-ci fond,

Kod: 210005,

 VÖEN: 1401555071,

M/h: AZ41NABZ01360100000000003944, S.W.I.F.T BİK CTREAZ22

Vəsaiti alan: Dövlət Baytarlıq Nəzarəti Xidməti,

İBAN: AZ 27CTRE 00000000000002577701

VÖEN: 1500504901

Büdcə səviyyəsi kodu – 7

Büdcə təminatı kodu: 142340

Tenderdə iştirak haqqı geri qaytarılmır.

Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, 3123-cü məhəllə, Dövlət Baytarlıq Nəzarəti Xidməti.

Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanacaqdır.Tender iştirakçıları öz tender təkliflərini tenderin əsas şərtlər toplusunun tələblərinə uyğun olaraq iki nüsxədən ibarət hazırlayaraq ikiqat bağlı zərflərdə 19 iyul 2017-ci il saat 17.00-a kimi tender komissiyasına təqdim etməlidirlər. Göstərilən vaxtdan sonra təqdim olunan tender təkliflərinə komissiyada baxılmayacaq, zərflər açılmadan geri qaytarılacaqdır.

Tender təklifi və zərflərin bağlanan hissəsi iddiaçı tərəfindən imzalanıb möhürlənməlidir. Zərflərin üzərinə lotun nömrəsi, əsli, surəti və 20 iyul 2017-ci il saat 16.00-a kimi açılmamalıdır sözləri qeyd olunmalıdır.

İddiaçı tender təklifinin 2 faizi həcmində, ən azı 60 bank günü qüvvədə qalan (zərflərin açıldığı tarixdən) səlahiyyətli bank tərəfindən verilmiş təminat təqdim etməlidir. Tender təkliflərinin qiymətləndirilməsi zamanı ən sərfəli qiymətə, yüksək keyfiyyətə, müqavilənin vaxtında icra edilməsinə, iddiaçının potensial maliyyə və texniki imkanlarına, aidiyyatı işlər üzrə təcrübəsinin olmasına üstünlük veriləcəkdir.

İştirakçılar aşağıdakı sənədləri 11 iyul 2017-ci il saat 17.00 –a kimi tender komissiyasına təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün ərizə;

- iddiaçının rekvizitləri (tam adı, hüquqi statusu, qeydiyyat şəhadətnaməsi, nizamnaməsi);

-iddiaçının potensial imkanlarının olması, ixtisas göstəriciləri və son 2 ildə aidiyyəti iş üzrə fəaliyyətinə dair müvafiq təsdiqedici sənədlər;

- iddiaçının son iki ildə maliyyə vəziyyəti barədə bank arayışı;

-iddiaçının vergilərə və icbari ödənişlərə dair borcunun olub-olmaması haqqında müvafiq arayış.

Göstərilən sənədlər tələb olunan qaydada hazırlanıb müəyyən vaxtda tender komissiyasına təqdim edilərsə, həmin iştirakçılar iddiaçı kimi qeydə alınacaqlar.

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir

Telefonlar : (+99412) 562-97-72. Faks: (+99412) 562-66-06.www.tender.gov.az

Tender komissiyası

19.06.2017
132

Nəşrlər

  • 12(274) 15 avqust 2017-ci il

  • 10-11(272-273) 19 iyul 2017-ci il

  • 09(271) 22 iyun 2017-ci il

  • 07-08(269-270) 25 may 2017-ci il

Bannerlər