Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Ramazan Bayramı münasibətilə təbriki

A+
A
A-

 

 

ƏZİZ DOSTLAR! HÖRMƏTLİ HƏMKARLAR!

 

 

Sizi və bütün Azərbaycan xalqını müqəddəs Ramazan Bayramı münasibətilə ürəkdən təbrik edir, hər bir Azərbaycan vətəndaşına, ölkəmizin epizootik sağlamlığı keşiyində ayıq-sayıq dayanan insanların hər birinə xoşbəxtlik, cansağlığı, ölkəmizə sülh və əmin-amanlıq, ruzi-bərəkət arzulayırıq.

 

Müqəddəs kitabımız Qurani-Kərimin nazil edildiyi Ramazan ayı islam dininin mənəviyyatı möhkəmləndirmək, müsəlmanlar arasında dini-mənəvi birlik duyğusunu gücləndirmək, ilahi hikmətlərdən daha da faydalanmaq işinə xidmət edən ən mübarək aylarından biridir. Ramazan ayının sınaqlarından ləyaqətlə çıxmış hər bir müsəlman bu gün böyük qürur və fərəh hissi ilə bayram edir.

 

Bu müqəddəs bayram münasibətilə hər birinizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və xidmətinizdə uğurlar arzulayırıq.

 

Ramazan Bayramınız bir daha mübarək olsun!

 

 

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəhbərliyi

25.06.2017
297

Nəşrlər

  • 16-17(278-279) 08 noyabr 2017-ci il

  • 15(277) 17 oktyabr 2017-ci il

  • 13-14(275-276) 07 sentyabr 2017-ci il

  • 12(274) 15 avqust 2017-ci il

Bannerlər