NAZİR HEYDƏR ƏSƏDOV SALYAN RAYONUNDA VƏTƏNDAŞLARI QƏBUL EDİB

A+
A
A-

 

 

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin həll olunması üçün tədbirlər görürlər.
Kənd təsərrüfatı naziri Heydər Əsədov sentyabrın 22-də Salyan Rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Salyan, Neftçala, Hacıqabul, Sabirabad rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl nazir Heydər Əsədov və Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Heydər Əsədov Salyan Rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binası, həmçinin Dövlət Fitosanitar və Baytarlıq Nəzarəti xidmətləri üçün yaradılan şəraitlə tanış olub. Bildirilib ki, burada yaradılan şərait rayonda aqrar sahə ilə bağlı problemlərin həllinə töhfə verəcək.
Nazir binanın foyesində olan ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin kənd təsərrüfatı sahəsinin inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotolardan ibarət guşəyə baxıb, baytarlıq sahəsində nəşr edilən qəzet, jurnal, buklet və kitablarla tanış olub. Eləcə də foyedə quraşdırılmış elektron lövhənin iş prinsipi ilə maraqlanıb.
Nazir Heydər Əsədov Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında baytarlıq idarəsi və diaqnostik baytarlıq kabineti üçün alınmış avadanlıq və ləvazimatlara baxıb. Eləcə də ən müasir texnika və texnoloji avadanlıqla təchiz olunmuş aqrokimya laboratoriyasına baxış keçirib. Bildirilib ki, burada yaradılan şərait rayonda aqrar sahə ilə bağlı problemlərin həllinə töhfə verəcək.
Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin də iştirakı ilə keçirilən qəbulda 35-dən çox vətəndaşın müraciətinə baxılıb.
Qəbula gələn vətəndaşlar əsasən subsidiya, torpaqdan istifadə və texnikalarla təminat, ixtisasa uyğun işə qəbul və digər məsələlərlə bağlı müraciətlər ediblər.
Nazir vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək, hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə tapşırıqlar verib.
Vətəndaş- ların müraciət- lərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya, kənd təsərrüfatı sahəsində mövcud problemlərin mütəmadi olaraq həll edilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Nazir Heydər Əsədov Salyanda “Aqrolizinq” ASC-dən kənd təsərrüfatı texnikalarını lizinqə götürən hüquqi və fiziki şəxslərlə də görüşüb.
Tədbirdə Salyan, Cəlilabad, Biləsuvar, Neftçala, Astara, Yardımlı, Cəbrayıl, Masallı rayonlarından və Şirvan şəhərindən olan 69 istifadəçiyə lizinq yolu ilə verilmiş, ümumilikdə, 3 milyon 202 min 930 manat məbləğində 117 ədəd müxtəlif kənd təsərrüfatı texnikasına 1 milyon 272 min 844 manat məbləğində güzəşt tətbiq edilib. Xüsusi komissiyanın qərarına əsasən tətbiq olunan güzəşt əsasında istifadəçilərlə yeni lizinq müqavilələri bağlanılıb, o cümlədən güzəşt tətbiq edildikdən sonra 26 ədəd müxtəlif kənd təsərrüfatı texnikası istifadəçilərin mülkiyyətinə verilib. Texnikalar Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rayonlar üzrə bölmələrində qeydiyyata alınıb, müvafiq sənədlər vətəndaşlara təqdim olunub. Eyni zamanda, “Aqrolizinq” ASC əməkdaşları lizinq yolu ilə əldə etdikləri kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin 20 faizini ödəmiş istifadəçilərdən güzəşt üçün elektron ərizələri qəbul ediblər.
İndiyədək 7980 elektron müraciət üzrə “Aqrolizinq” ASC-dən lizinqə götürülmüş 19976 ədəd müxtəlif kənd təsərrüfatı texnikasına, ümumilikdə, 162 milyon 176 min 59,42 manat məbləğində güzəşt tətbiq olunub.
Həmin gün Salyanda Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin “Səyyar Xidmət” Qrupu traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin dəyişdirilməsini, texnikaların dövlət qeydiyyatına alınmasını, traktor və digər mexaniki nəqliyyat vasitələrinə dövlət texniki baxışın keçirilməsini təşkil edib.
Bu məqsədlə Neftçala, Sabirabad, Hacıqabul və Salyan rayonlarının mexanizatorları Salyan Rayon Kənd Təsərrüfatı İdarəsinin İnzibati binasına dəvət olunublar.
Həmçinin nəqliyyat vasitələrinin mülkiyyətçilərinə texnikaların müəyyən edilmiş müddətdə dövlət qeydiyyatına alınmadığı və texniki baxışdan keçmədiyi təqdirdə Azərbaycan Respublikasının “İnzibati Xətalar Məcəlləsi”nin 340.1-ci maddəsinə əsasən, fiziki şəxslərin əlli manat, vəzifəli şəxslərin yüz manat, hüquqi şəxslər isə üç yüz manat məbləğində cərimələnəcəyi izah edilib.
Sonda isə nazir Heydər Əsədov pambıq tədarükü məntəqəsinə gələrək pambığın saxlanması, nəmliyinin yoxlanılması, qurudulması, tayalara vurulması proseslərinə baxış keçirib.

22.09.2017
197

Nəşrlər

  • 16-17(278-279) 08 noyabr 2017-ci il

  • 15(277) 17 oktyabr 2017-ci il

  • 13-14(275-276) 07 sentyabr 2017-ci il

  • 12(274) 15 avqust 2017-ci il

Bannerlər