28 Sentyabr Ümumdünya Quduzluqla Mübarizə Günüdür

A+
A
A-

 

 

Bu tarix Quduzluğa Nəzarət üzrə Qlobal Alyansın təşəbbüsü ilə yaradılıb (Global Alliance for Rabies Control) və 2007-ci ildən başlayaraq hər il səhiyyə və baytarlıq təşkilatlarının dəstəyi ilə qeyd olunur.

Bu gün quduzluq xəstəliyinin yayılması probleminə, eləcə də onun fəsadlarına diqqət yetirmək üçün nəzərdə tutulub.

28 sentyabr tarixinin seçilməsi isə 1895-ci ilin həmin günündə quduzluğa qarşı hazırlanmış ilk peyvəndin banilərindən olan mikrobioloq Lui Pasterin vəfatı ilə bağlıdır.

Quduzluq bütün növ istiqanlı heyvanların və insanların xüsusi təhlükəli virus mənşəli və iti gedişli xəstəliyi olub mərkəzi sinir sisteminin ağır pozğunluqları-ensefalomielitlə xarakterizə olunur. Xəstəlik Antarktida qitəsi və bir sıra ada dövlətləri istisna olmaqla bütün dünyada geniş yayılmışdır.

Təbii şəraitdə yoluxma quduzluqla xəstə heyvanların sağlam heyvan və insanları dişləməsi nəticəsində virus ağız suyu vasitəsi ilə orqanizmə daxil olaraq sinir sistemi ilə baş beyində (babeş-neqri cisimciklərinə təsadüf olunur) lokalizasiya edir.

Orqanizmə daxil olmuş virus sinir toxumaların hüceyrələrində toplanır. Sonra sinir yolu vasitəsilə bir başa və ya onurğa beyni ilə mərkəzi sinir sisteminə keçir. Mərkəzi sinir sistemində virus çoxaldıqdan sonra buradan periferiyaya doğru yönəlir və ən çox seliklə vəzilərini innervasiya edən sinirlərə toplanır. Mərkəzi sinir sistemində virus hüceyrələri parçalayır, sonra hüceyrəarası sahəyə düşüb buradan yeni hüceyrəyə keçir. Sinir hüceyrələrinin zədələnmələri ilə əlaqədar olaraq ürəyin və tənəffüs sisteminin iflici ilə ölüm baş verir.

Quduzluğa yoluxmuş heyvanları müalicəsi mümkün olmadığı üçün yoluxmuş heyvanlar məcburi zərərsizləşdirilir.

 

28.09.2017
186

Nəşrlər

  • 16-17(278-279) 08 noyabr 2017-ci il

  • 15(277) 17 oktyabr 2017-ci il

  • 13-14(275-276) 07 sentyabr 2017-ci il

  • 12(274) 15 avqust 2017-ci il

Bannerlər