“Pia.az” saytı Dövlət Baytarlıq Nəzarəti Xidməti barədə yazılanlara təkzib vermişdir

A+
A
A-

 

 

11 iyul 2017-ci il tarixində saat 14:24-də  “Poliqon” İnformasiya Agentliyinin “pia.az” saytında ”Baş baytar faktlarla ifşa olundu” sərlövhəsi altında “ulus.az” və “cümhuriyyət.az” saytlarında dərc edilən məqalə təkrar yerləşdirilmişdir. Məqalədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti və onun  rəhbərliyi barədə əsassız, həqiqəti əks etdirməyən, heç bir fakta söykənmə, tamamilə yalan və böhtan xarakteri daşıyan məlumatlar dərc edilmişdir.

Bu məsələ 29 dekabr 2017-ci il tarixində Azərbaycan Mətbuat Şurasının keçirdiyi iclasda müzakirə edilmişdir (MŞ-nin Şikayətlər üzrə Komissiyası 2017-ci ildəki sonuncu iclasını keçirib- http://www.presscouncil.az/az/show.news.php?guid=a1ef374d-ec9f-11e7-8210-6267c8904e68 ). Saytın rəhbərliyi iclasda göstərilən iradları səmimi qəbul edərək, istinad etdikləri saytlarda təkzib verilməsindən xəbərsiz olduqlarını qeyd etmiş və məqalənin təkrar yerləşdirilməsinə görə “pia.az” saytında təkzib və üzürxahlıq edəcəklərini, eləcə də məqaləni saytdan çıxaracaqlarını bildirmişdir.

30 dekabr 2017-ci il tarixində “pia.az” saytı tərəfindən “Dövlət Baytarlıq Nəzarəti Xidməti haqqında yazılanlar təkzib olunur” başlığı altında təkzib verilmişdir:

Saytda verilən təkzibi (http://www.pia.az/Dovlet_Baytarliq_Nezareti_Xidmeti_-229864-xeber.html#.WkdH62jYWM8 ) olduğu kimi təqdim edirik:

 

 

 

30.12.2017
80

Nəşrlər

  • 18(280) 21 dekabr 2017-ci il

  • 16-17(278-279) 08 noyabr 2017-ci il

  • 15(277) 17 oktyabr 2017-ci il

  • 13-14(275-276) 07 sentyabr 2017-ci il

Bannerlər