20 YANVAR FACİƏSİNƏ HƏSR OLUNMUŞ ANIM TƏDBİRİ KEÇİRİLMİŞDİR

A+
A
A-

20 YANVAR FACİƏSİNİN 28-Cİ İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ ANIM TƏDBİRİ KEÇİRİLMİŞDİR

 

 

Yanvarın 12-də Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində (DBNX) Azərbaycanın azadlıq və müstəqillik mübarizəsi tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılmış 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti, Epizootiya və Zoonoz xəstəliklər Əleyhinə Respublika Ekspedisiyası və Respublika Baytarlıq Laboratoriyasının əməkdaşlarının iştirak etdikləri tədbirdə əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsini icra edən Azər Süleymanov toplantını açaraq bildirdi ki, bugünkü tədbir Azərbaycan xalqının azadlıq və müstəqillik mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılmış 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuşdur.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsini icra edən A. Süleymanov 20 Yanvar faciəsinin tarixi və xalqımızın azadlıq mübarizəsi haqqında danışmışdır. Bildirilmişdir ki, 20 Yanvar hadisələri Azərbaycan xalqının milli oyanışından, azadlıq və müstəqillik mücadiləsindən xəbər verən tarixi bir gerçəklik idi. Azərbaycana hərbi müdaxilə ilk növbədə milli azadlıq hərəkatını boğmağa, xalqımızı nəyin bahasına olursa-olsun əsarət altında saxlamağa yönəlmişdi.

Qeyd olunmuşdur ki, ümummilli lider Heydər Əliyev 20 Yanvar faciəsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm səylər göstərmişdir. Ulu öndərin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransının əhəmiyyətindən, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində dövlətin gördüyü işlərdən danışan DBNX-nin rəisi vəzifəsini icra edən qeyd etmişdir ki, məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə bu hadisəyə hüquqi-siyasi qiymət verilmişdir.

A.Süleymanov 20 Yanvar faciəsi qurbanlarının xatirəsinin uca tutulduğunu, şəhid ailələrinin, əlil olmuş vətəndaşlarımızın dövlət tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunduğunu, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu insanlara daim diqqət göstərildiyini vurğulamışdır.

Tədbirdə çıxış edənlər də 20 Yanvar hadisələrindən ətraflı söhbət açmış və faciənin dünya müstəvisində geniş işıqlandırılmasının vacibliyini qeyd etmişlər.

Sonda bir daha vurğulanmışdır ki, xalqımızın verdiyi qurbanlara, yaşadığı qanlı faciəyə baxmayaraq, 20 Yanvar təkcə faciə günü yox, eyni zamanda tariximizin şərəfli səhifəsi olmaqla mübarizlik və qəhrəmanlıq nümunəsidir.

12.01.2018
342

Nəşrlər

  • 17(297) 14 noyabr 2018-ci il

  • 15-16(295-296) 24 oktyabr 2018-ci il

  • 13-14(293-294) 20 sentyabr 2018-ci il

  • 12(292) 28 avqust 2018-ci il

Bannerlər