Lənkəranda “Quduzluq xəstəliyinin profilaktikası və müşahidəsi” mövzusunda seminar keçirilib

A+
A
A-

 

 

2018-ci il yanvarın 17-də Lənkəranda "Azərbaycanda epidemioloji nəzarət sisteminin gücləndirilməsi istiqamətində Dövlət Baytarlıq Nəzarəti Xidmətinə (DBNX) dəstək" adlı Tvinninq layihəsi çərçivəsində təşkil edilən “Quduzluq xəstəliyinin profilaktikası və müşahidəsi” mövzusunda seminar keçirilib.

“Azərbaycanda epidemioloji nəzarət sisteminin gücləndirilməsi istiqamətində Dövlət Baytarlıq Nəzarəti Xidmətinə dəstək” Tvinninq layihəsi çərçivəsində təşkil edilən tədbirdə layihəni həyata keçirən Fransız-Macar Konsorsiumunun, Fransa və Macarıstanın ölkəmizdəki səfirliklərinin, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin, FAO-nun, Dünya Bankının, ABŞ-ın “DTRA” təşkilatının, Kənd Təsərrüfatı, Səhiyyə, Daxili İşlər, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Təhsil, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Maliyyə nazirliklərinin, Bakı Şəhər İcra Hakimiyyətinin Sanitariya və Texniki Təmizlik İdarəsinin, QHT-lərin, heyvan sığınacaqları mərkəzlərinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Seminarda Avropa İttifaqının quduzluq üzrə referens laboratoriyasının müdiri, ekspert Florans Klike “Azərbaycanda heyvanlar arasında quduzluq xəstəliyinin müşahidəsi və nəzarət strategiyası”, Macarıstan Milli Qida Təhlükəsizliyi Zənciri İdarəsinin quduzluq xəstəliyinin idarə edilməsi üzrə eksperti Melinda Koksis “Quduzluq xəstəliyinə qarşı necə mübarizə aparmalı”, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin epidemioloji nəzarət və profilaktika sektorunun müdiri Ceyhun Əliyev “Azərbaycanda heyvanlarda quduzluq xəstəliyi haqqında məlumat (2011-2017-ci illər) və Səhiyyə Nazirliyinin Taun Əleyhinə Stansiyasının epidemioloqu Rita İsmayılova “Azərbaycanda insanlar arasında quduzluq xəstəliyi haqqında (2011-2017-ci illər)” mövzularda təqdimatlarla çıxış ediblər.

Diqqətə çatdırılıb ki, hər bir nazirliyin, QHT-lərin və aidiyyəti qurumların nümayəndələri quduzluq xəstəliyinin kökünün kəsilməsi üzrə təşkil edilmiş ictimai maarifləndirmə kampaniyasına fəal qoşulmalıdır. Layihə çərçivəsində həyata keçiriləcək tədbirlərin nəticəsi olaraq Azərbaycanda quduzluq xəstəliyi tədricən azalacaq və insanların sağlamlığı təmin ediləcək.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, seminar öz işini yanvarın 18-də Bakıda, 19-da isə Şəkidə davam etdirəcəkdir.

17.01.2018
206

Nəşrlər

  • 13-14(293-294) 20 sentyabr 2018-ci il

  • 12(292) 28 avqust 2018-ci il

  • 10-11(290-291) 24 iyul 2018-ci il

  • 09(289) 21 iyun 2018-ci il

Bannerlər