Ağdam rayonunda at əti aşkarlanmışdır

A+
A
A-

 

 

Fevralın 24-də Ağdam  Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən Ağdam rayon sakini İsmayılov Elman İsmayıl oğlunun idarə etdiyi “Vaz 21011” markalı 66-BL-704 dövlət nömrə nişanlı minik avtomobili Albəyli kəndi ərazisində saxlanılaraq Ağdam Rayon Baytarlıq İdarəsi mütəxəssislərinin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin yük yerində və salonunda dərisi soyulmamış 1 baş atın şaqqalara bölünmüş cəmdəyi aşkar olunmuşdur.

İsmayılov Elman İsmayıl oğlunun idarə etdiyi minik avtomobilinin yük və salon yerinə necə gəldi yığılan, antisanitar şəraitdə daşınan, üfunətli iy verən və sağlamlığına dair heç bir sənədi olmayan, dərisi soyulmamış at ətindən nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilmişdir.

“Vaz 21011” markalı 66-BL-704 dövlət nömrə nişanlı minik avtomobilində aşkar olunan, şaqqalara bölünən at cəmdəyi müayinələr başa çatana kimi müvəqqəti saxlanca qoyulub. Həmçinin, baytarlıq haqqında qanunvericiliyi pozduğuna görə mal sahibi barədə akt tərtib edilmişdir.

Hadisə ilə bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

24.02.2018
256

Nəşrlər

  • 17(297) 14 noyabr 2018-ci il

  • 15-16(295-296) 24 oktyabr 2018-ci il

  • 13-14(293-294) 20 sentyabr 2018-ci il

  • 12(292) 28 avqust 2018-ci il

Bannerlər