ADAU tələbələrinin baytarlıq xidməti ilə tanışlığı

A+
A
A-

 

 

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX), Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi və Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) birgə həyata keçirdikləri əməkdaşlıq çərçivəsində Aqrar Universitetin Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin 14 nəfər tələbəsi martın 5-dən 11-dək  Bakı şəhərinə ezam olunmuşlar. Hazırlanmış tədbirlər planına əsasən tələbələrin “Baytarlıq şəhərciyində” yerləşən Dövlət Baytarlıq Nəzarəti Xidməti, Respublika Baytarlıq Laboratoriyası (RBL), Baytarlıq Elmi-Tədqiqat İnstitutu (BETİ) və Kənd Təsərrüfatı Muzeyi ilə tanışlığı olacaq,  həmçinin Bakı şəhərində fəaliyyət göstərən baytarlıq-sanitariya ekspertiza laboratoriyasında, özəl baytarlıq fəaliyyəti ilə məşğul olan qeyri-hökumət (Bakı şəhərində yerləşən İDEA Heyvanlara Qayğı Mərkəzi)  təşkilatında görüşləri keçiriləcəkdir.

Hazırlanmış tədbirlər planına uyğun universitet tələbələri martın 5-də Dövlət Baytarlıq Nəzarəti Xidmətində olmuşlar. Xidmətin mütəxəssisləri tərəfindən Dövlət Xidmətinin strukturu, baytarlıq qanunvericiliyi, normativ hüquqi sənədlər, epizootoloji və baytarlıq-sanitariya tədbirləri, Xidmət tərəfindən görülən digər tədbirlər, qarşıda duran vəzifələr və məqsədlər barəsində onlara ətrafı məlumatlar verilmişdir.

Tədbirlər planına uyğun tələbələr həmin gün “Baytarlıq şəhərciyində” yerləşən Kənd Təsərrüfatı Muzeyi ilə də tanış olmuşlar. Tarixi eksponatlarla zəngin olan muzeyin ayrı-ayrı guşələri barəsində onlara muzey əməkdaşları tərəfindən ətraflı məlumat verilmiş və xatirə fotosu çəkdirilmişdir.

Hazırlanmış tədbirlər planına əsasən daha sonrakı günlərdə isə ADAU tələbələrinin baytarlıq sahəsinə (heyvan xəstəliklərinin təyini) və qida təhlükəsizliyinə xidmət göstərən müasir avadanlıqlarla təchiz edilmiş Respublika Baytarlıq Laboratoriyası və Elmi Tədqiqat Baytarlıq İnstitutunda olmaları və quraşdırılmış avadanlıqlar vasitəsilə heyvan xəstəliklərinin diaqnozu, qida məhsullarında pestisidlərin, ağır metalların, antibiotik qalıqlarının, hormonların müəyyən edilməsi, genetik modifikasiya olunmuş orqanizmlərin təyini və digər müayinələrin həyata keçirilməsi ilə tanış olacaqlar. Bu isə tələbələrin gələcək ixtisas seçiminin formalaşmasına şərait yaradacaqdır.

Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin tələbələrinin Bakı şəhərinin tarixi yerlərinə gəzintiləri də (İçəri şəhər, Dənizkənarı Milli Park və s.) nəzərdə tutulur.

05.03.2018
360

Nəşrlər

  • 17(297) 14 noyabr 2018-ci il

  • 15-16(295-296) 24 oktyabr 2018-ci il

  • 13-14(293-294) 20 sentyabr 2018-ci il

  • 12(292) 28 avqust 2018-ci il

Bannerlər