AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

A+
A
A-

 

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

 I. "Baytarlıq haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, (22+33)8, maddə 682; Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 509-IIIQD nömrəli və 2008-ci il 1 fevral tarixli 543-IIIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1. 1.0.10-cu maddədən "və baytarlıq təyinatlı bioloji preparatları" sözləri çıxarılsın.

2. 1.0.11-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və Qanuna aşağıdakı məzmunda 1.0.12-ci və 1.0.13-cü maddələr əlavə edilsin:

"1.0.12. fərdi baytarlıq təbabəti praktikası - bu Qanunun 5.3-cü və 30-cu maddələrinin tələbləri nəzərə alınmaqla hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən həyata keçirilən baytarlıq fəaliyyəti;

1.0.13. özəl baytarlıq təbabəti - qanunvericiliyə uyğun olaraq xüsusi razılıq (lisenziya) əsasında hüquqi şəxslər (baytarlıq klinikaları və s.) tərəfindən həyata keçirilən baytarlıq fəaliyyəti".

3. 5.4-cü maddədə "Baytarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və" sözləri "Fərdi baytarlıq təbabəti praktikası ilə məşğul olmaq istəyən" sözləri ilə əvəz edilsin.

4. Qanuna aşağıdakı məzmunda 5.5-ci maddə əlavə edilsin:

"5.5. Özəl baytarlıq təbabəti fəaliyyəti ilə məşğul olmaq istəyən hüquqi şəxslər və baytarlıq preparatlarının istehsalı və satışı ilə məşğul olmaq istəyən hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər qanunvericiliyə uyğun olaraq xüsusi razılıq (lisenziya) almalıdırlar".

5. 8.1.11-ci maddədə "baytarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və" sözləri "fərdi baytarlıq təbabəti praktikası ilə məşğul olan" sözləri ilə əvəz edilsin.

6. 33.4-cü maddə çıxarılsın.

 

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 1 aprel 2008-ci il.

 

01.04.2008
1000

Nəşrlər

  • 15(277) 17 oktyabr 2017-ci il

  • 13-14(275-276) 07 sentyabr 2017-ci il

  • 12(274) 15 avqust 2017-ci il

  • 10-11(272-273) 19 iyul 2017-ci il

Bannerlər