Ornitoz (psittokoz, xlamidioz)

A+
A
A-

 

 

 

 

 

Ornitozis yoluxucu xəstəlik olmaqla çoxlu miqdarda quş və heyvan növlərini yoluxdurur. Xəstəliyə insanlar da həssasdır. Quşlarda tənəffüs və həzm orqanlarının iltihabı, parenximatoz orqanların nekrotik dəyişikliyi müşahidə edilir. Ev quşlarında xəstəliyə ən həssas hinduşkalar və ördəklərdir. Sərbəst yaşayan quşlardan isə tutuquşu və göyərçinlər daha həssasdırlar. Bundan başqa xəstəliyə qazlar, toyuqlar, sərçələr, qırqovullar, qağayılar da tutulurlar.

Törədicisi hüceyrədaxili parazit olmaqla  ölçüsünə görə virus və rekkesiyalar arasında orta yer tutur. Tutuquşundan ayrılan kultura ştamları ən yüksək virulentliyə malikdirlər.

Chlamidiae psittacı hərəkətsiz kokkabənzər bakteriyalardır. 250-350 nm  böyüklüyündə olmaqla romanovski üsulu ilə bənövşəyi, makkiavello üsulu ilə qırmızı rəngə boyanır.

Xarici mühitə nisbətən davamlıdır. Çürüntüdə tez, 60 °C-də 1 dəqiqəyə, quru mühitdə 5 həftəyə, otaq temperaturunda və günəş işığında 6 günə, suda 17 günə, quş peyinində 4-5 aya zərərsizləşir. Dezinfeksiya preparatlarından 5 %-li fenol məhlulu, 1:500 formaldehid, 1 %-li xlorid turşusu, 1:500 kalium-permanqanat, 2 %- li xlor-amin, 20 %-li xlorlu əhəng törədicini otaq temperaturunda 3 saat müddətinə məhv edir.

Xəstəliyə 130 növdən çox quşlar, o cümlədən müxtəlif növ heyvanlar: siçanlar, qunduzlar, hind donuzları, pişiklər, itlər, keçilər, qoyunlar, iribuynuzlu heyvanlar və donuzlar yoluxurlar.

Xəstəliyin törədicisi xəstə heyvan və quşlar vasitəsilə həm də latent yoluxmuşların ifrazatları vasitəsilə yayılır.

Yoluxma bilavasitə xəstə heyvanlar, quşlar, eləcə də başqa invertarlar-yem, su, toz, döşəmə, peyin vasitəsilə baş verir.

Xəstəlik həşəratlar və gəmiricilər vasitəsilə də yayılır. Yoluxma xəstə quşların yumurtası vasıtəsi ilə də yayıla bilər.

Cavan göyərçin balaları adətən anaları onları yemlədiyi zamanı yoluxurlar. Ayrı-ayrı göyərçin balaları sağalsalar da  uzun müddət törədicinin mənbəyi ola bilər.

Törədicinin virulentliyi və quşun rezistentliyi xəstəliyin inkubasiya müddətinə həlledici təsir edir. Göyərçinləri bütün üsullarla yoluxdurmaq olur və inkubasiya müddəti 5-15 gün çəkir. Xəstəlik və bakteriyadaşıyı-cılıq təxminən 150 günədək davam edir. Bu müddətdən sonra quşlar yenidən xəstələnə bilər.

Quşlarda yoluxma alimentar və hava-damcı yolu ilə baş verir. Alimentar yolla törədici həzm orqanları vasitəsilə qana keçir və nəticədə dalağı, qaraciyəri böyrəyi zədələyir. Belə yoluxma zamanı xəstəlik latent formada gedir. Həmin quşlar keyfiyyətsiz yemləndikdə və saxlama şəraiti qənaətbəxş olmadıqda latent formo-kliniki xəstəlik formasına  keçir. Hava-damcı yolu ilə yoluxma zamanı törədicilər quşun hava kisəciyində, ağciyərdə ürək pərdəsində yığılaraq çoxalır oradan qana keçərək orqanizmdə sepsis əmələ gətirir. Xəstəliyin belə gedişində quşlarda ornitozun kliniki forması özünü göstərir: quşlar yuxulu kimi bürüşmüş halda otururlar, tükləri pırpızlanır, qanadları sallanır. İştahası tamam kəsilir, zəif hərəkət edir, çətin nəfəs alır. Nəticədə xəstə quş tamam zəifləyir, burun dəliklərindən və gözdən irinli eksudat axır.

Ev quşlarında ornitoz adətən simptomsuz keçir. Quşlar ilk baxışdan sağlam görünür. Yumurta vermə qabiliyyəti qalsa da mayalanma zəifləyir, nəticədə cücə çıxımı aşağı düşür. Yaşlı quşlarda yuxarıda göstərilən simptomlar nəzərə çarpır. Cavan quşlarda xəstəlik daha ağır keçir. Ördək balalarında xəstəlik yaşlılara nisbətən ağır keçir. 7-10 gündən sonra xəstə cücələr komatoz vəziyyətinə düşərək 3-4 saat müddətində ölürlər. Hinduşkalarda xəstəlik tamam kaxeksiya, iştahanın itməsi, biganəlik, qanlı ishal, yumurtanın azalması, arıqlama ayaqlarin iflici əlamətləri özünü büruzə verir. Bütün hallarda patoloqanatomiki dəyişikliklər xəstəliyin xarakteri və formasından asılıdır. Ağciyərin plevrası kleyvari fibrinli eksudatla dolu olur və parenximdə diffuzlu iltihab baş verir. Qaraciyər, dalaq böyüyür, rəngləri dəyişir. Həmin orqanların üzərində nekrotik ocaqlar və qan sağıntısı əmələ gəlir.

Diaqnoz və differensial diaqnoz epizootoloji məlumatların analizi əsasında və patoloqanatomiki dəyişikliyin, qaraciyərdən, dalaqdan götürülmüş yaxmaların, antitelə allergiki reaksiyanın nəticələrinə görə müəyyən edilir.

Quşların ornitozunun mikoplazmozdan, salmonel-yozdan, rikkotsiozdan, quşların qripindən və digər oxşar xəstəliklərdən təfriq etmək lazımdır. İmmunitet xəstəlikdən sağalmış quşlarda qisamüddətli olur və quşlar yenidən yoluxur.

Ornitoza qarşi mübarizə və profilaktika tədbirləri təlimata uyğun aparılmalıdır. Belə ki, quşların sağlam böyüməsi üçün quş damında optimal mikroklimat yaradılmalı, yemin tərkibi balanslaşdırılmış, mikroelement və vitaminlərlə zəngin olmalıdır.

İstehsalat sikli “hamısı boş-hamısı dolu”  “təmiz-çirkli” prinsipi ilə işləməli, yeni qəbul edilmiş quşlar karantində saxlanılmalıdır. Ornitoz aşkar edilərsə, təsərrüfat qeyri-sağlam sayılmalı  və məhdudiyyət qoyulmalıdır.

Məhdudiyyət şərtlərinə görə  aşağıdakılar nəzərdə tutulur.

-təsərrüfata  təzə quşun gətirilməsi  və quş satılması habelə təsərrüfatdaxili yerdəyişmə qadağan edilir.

-xəstəlik baş vermiş təsərrüfatda yumurta yığımı və inkubasiya dayandırılır.

Xəstə və xəstəliyə şübhəli quşlar qansızlaşma yolu ilə məhv edilir. Quşların iştirakı ilə sexlərdə müəyyən edilmiş qaydada mexaniki təmizləmə və aerozol dezinfeksiya aparılır.

Xəstəlik baş vermiş sexlərdən yığılan yumurtalar təlimata uyğun ozonla və yaxud formaldehid buxarı ilə dezinfeksiya edilir və ticarət şəbəkələrinə realizə edilir.

Quşlara qulluğa həmişəlik işləmək üçün personal təyin edilməlidir. Həmin şəxsin  digər sahələrə getməsi qadağandır.

Təsərrüfatdan məhdudiyyət axırıncı xəstə və şübhəli quşun  aşkar edildiyi vaxtdan və yekun  baytarlıq-sanitariya tədbirlərin-dən  30 gün sonra götürülür.

29.03.2018
170

Nəşrlər

  • 09(289) 21 iyun 2018-ci il

  • 07-08(287-288) 24 may 2018-ci il

  • 05-06(285-286) 26 aprel 2018-ci il

  • 04(284) 29 mart 2018-ci il

Bannerlər