Tvinninq layihəsi çərçivəsində DBNX-nin əməkdaşları Fransada səfərdə olmuşlar

A+
A
A-

 

 

 

2018-ci il 20-27 mart tarixlərində DBNX-nin 6 əməkdaşı Avropa İttifaqının maliyyə dəstəyi ilə Azərbaycan, Fransa və Macarıstanın kənd təsərrüfatı nazirlikləri tərəfindən birgə həyata keçirilən "Azərbaycanda epidemioloji nəzarət sisteminin gücləndirilməsi istiqamətində Dövlət Baytarlıq Nəzarəti Xidmətinə (DBNX) dəstək" Tvinninq layihəsi çərçivəsində Fransada səfərdə olmuşdur.

Səfərin əsas məqsədi Fransa Respublikasında iri və xırdabuynuzlu heyvanların identifikasiya və qeydiyyat sisteminin öyrənilməsi və heyvan sağlamlığının təmin edilməsi sahəsində təcrübə mübadiləsinin aparılması olmuşdur.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Azər Süleymanovun rəhbərliyi ilə səfərdə iştirak edən əməkdaşlar ilk öncə Paris şəhərində Tvinninq layihəsinin rəhbəri dr.Jejer tərəfindən qəbul edilmiş və fikir mübadiləsi aparılmışdır. Daha sonra Fransa Milli Təsərrüfat İnstitutu (İDELE) və Fransa Baytarlıq Xidməti (DGAL/BİCMA) tərəfindən heyvanların identifikasiyası və qeydiyyatı sisteminə və heyvan sağlamlığının qorunmasına dair keçirilən təqdimatlarda iştirak etmişlər.

Səfər çərçivəsində nümayəndə heyəti Valensiya və Sant Etiyen regionlarında saxlanılan iri və xırdabuynuzlu heyvandarlıq təsərrüfatına və sallaqxanaya (heyvan kəsim yeri) baş çəkmiş, identifikasiya və qeydiyyat sisteminin təsərrüfatlarda aparılması ilə yerində tanış olmuş və heyvanların identifikasiya və qeydiyyat sistemi ilə heyvan xəstəliklərinə nəzarət sistemi arasında olan əlaqələr barəsində, həmçinin dövlət qurumları tərəfindən sallaqxanalarda və heyvandarlıq təsərrüfatlarında həyata keçirilən identifikasiya və qeydiyyat sisteminin həyata keçiriləməsi işi ilə tanış olmuş və bu barədə təcrübə mübadiləsi aparmışdır.

Martın 26-da Paris şəhərində nümayəndə heyətinin Fransa Respublikasının Kənd Təsərrüfatı, Balıqçılıq və Meşəçilik Nazirliyinin Baytarlıq Xidmətinin rəisi Loik Evanlə görüşü keçirilmişdir. Görüşdə Fransanın Baytarlıq Xidmətinin strukturu, vəzifələri və xidmətin həyata keçirdiyi tədbirlər barədə təqdimatlar keçirilmiş, heyvan sağlamlığı, heyvanların identifikasiya və qeydiyyat sistemi və digər məsələlər barədə təcrübə və fikir mübadiləsi aparılmışdır. Həmçinin Azərbaycanda heyvan sağlamlığı və heyvanların identifikasiya və qeydiyyat sistemi ilə əlaqədar texniki və məlumat dəstəyi veriləcəyi qeyd edilmişdir. Fransada qurulmuş heyvanların identifikasiya və qeydiyyat sistemi yüksək qiymətləndirilmiş və bu sistemin gələcəkdə Azərbaycanda tətbiq olunmasının səmərəli nəticələr verəcəyi bildirilmişdir.

Görüş zamanı gələcəkdə Azərbaycan Respublikası ilə Fransa Respublikasının baytarlıq xidmətləri arasında əməkdaşlığın səviyyəsinin daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanmışdır.

03.04.2018
197

Nəşrlər

  • 09(289) 21 iyun 2018-ci il

  • 07-08(287-288) 24 may 2018-ci il

  • 05-06(285-286) 26 aprel 2018-ci il

  • 04(284) 29 mart 2018-ci il

Bannerlər