"Baytarlıq haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2008-ci il 1 aprel tarixli 584-1IIQO nömrəli Qanununun tətbiqi ilə əlaqədar

A+
A
A-

 

 

Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına əlavələr və dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin FƏRMANI

 

 

"Baytarlıq haqqında1' Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2008-ci il 1 aprel tarixli 584-HIQD nömrəli Qanununun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1 Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci it, № 9, maddə 555; 2003-cü il, № 3, maddə 153, № 10, maddə 570; 2005-ci il, № 2, maddə 69, № 4, maddələr 301, 307, № 8, maddə 721, № 10, maddə 919, № 12, maddələr 1104, 1117; 2006-cı il, № 7, maddə 591. № 11, maddə 945, № 12, maddə 1057; 2007-ci il, № 6, maddə 618, № 8, maddələr 759, 765, № 10, maddə 943, № 11, maddələr 1098, 1106) itə təsdiq edilmiş "Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri"nə aşağıdakı məzmunda 55-ci və 56-cı bəndlər əlavə edilsin:

 55.

Özəl baytarlıq təbabəti fəaliyyəti

Azərbaycan RespublikasınınKənd Təsərrüfatı Nazirliyi

  3000

56.

Baytarlıq preparatlarının:

Azərbaycan RespublikasınınKənd Təsərrüfatı Nazirliyi

 

56.1.

istehsalı

  3000

56.2.

satışı

 

  2000

 2. "Baytarlıq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 11, maddə 1011):

2.1. 2.2-ci bənddən "5.4-cü (birinci halda),", ,,29.2.1-ci." və "33.4-cü," sözləri çıxarılsın;

2.2.2,4-cü bənddən ", 33.4-cü" sözləri çıxarılsın.

2.5-ci bənddən ", 28.3-cü" sözləri çıxarılsın;

2.5-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və Fərmana aşağıdakı məzmunda 2.6-cı bənd əlavə edilsin:

"2.6. həmin Qanunun 5.4-cü (birinci halda) və 8.1.11-ci maddələrində "müvafiq icra hakimiyyəti orqanı dedikdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi nəzərdə tutulur

3.Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1."Baytarlıq haqqında" Azərbaycan Respublikası Qanununun 5.4-cü və 8.1.11-ci maddələrində nəzərdə tutulmuş fiziki şəxslər barədə məlumatların verilmə dövriliyini müəyyən etmək məqsədi ilə "Sahibkarlıq fəaliyyəti subyektlərinin dövlət qeydiyyatının "bir pəncərə" prinsipinə uyğun təşkili ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 20 fevral tarixli 713 nömrəli Fərmanına dəyişikliyin edilməsi bərədə təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2.bu Fərmanın 1-ci bəndində göstərilən fəaliyyət növlərinin xüsusiyyətlərindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtləri təsdiq etsin;

3.3bu Fərmandan irəli gələn digər məsələləri həil etsin.

4.Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri,"6 " avqust 2008-ci il

№811

06.08.2008
493

Nəşrlər

  • 02(264) 23 fevral 2017-ci il

  • 01(263) 27 yanvar 2017-ci il

  • 12(262) 23 dekabr 2016-cı il

  • 11(261) 25 noyabr 2016-cı il

Bannerlər