"Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və onun yanında dövlət agentlikləri və dövlət xidmətləri haqqında əsasnamələrin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel 226 nömrəli

A+
A
A-

 

 

Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətini təmin etmək məqsədilə qərara alıram:

1.Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və onun yanında dövlət agentlikləri və dövlət xidmətləri haqqında əsasnamələrin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel 226 nömrəli Fərmanında (Azərbaycan Respublikası Qanunvericilik Toplusu, 2005-ci il, № 4maddə 301, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 27 fevral tarixli 374 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

1.1. Fərmanın adında və preambulasında ismin müvafiq hallarında "dövlət agentlikləri" sözləri ismin müvafiq hallarında "dövlət agentlikliyi" sözləri ilə əvəz edilsin.

1.2.2-ci bənd qüvvədən düşmüş hesab edilsin.

1.3. həmin Fərmanla təsdiq edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti haqqında Əsasnamə"nin:

1.3.1. 11-ci bəndində Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin təqdimatı Azərbaycan Respublikasının Prezidenti" sözləri Azərbaycan Respublikası kənd təsərrüfatı naziri" sözləri ilə əvəz edilsin.

1.3.2. 13-cü bənddən "təqdimatı ilə" sözləri çıxarılsın.

1.4. həmin Fərmanda təsdiq edilmiş "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti haqqında Əsasnamə"nin:

1.4.1. 11-ci bəndində Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin təqdimatı Azərbaycan Respublikasının Prezidenti " sözləri Azərbaycan Respublikası kənd təsərrüfatı naziri " sözləri ilə əvəz edilsin.

1.4.2. 13-cü bənddən "təqdimatı ilə" sözləri çıxarılsın.

1.5. həmin Fərmanda təsdiq edilmiş "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi haqqında Əsasnamə"nin:

1.5.1. 11-ci bəndində Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin təqdimatı Azərbaycan Respublikasının Prezidenti" sözləri Azərbaycan Respublikası kənd təsərrüfatı naziri" sözləri ilə əvəz edilsin.

1.5.2. 13-cü bənddən "təqdimatı ilə" sözləri çıxarılsın.

2. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, "3" may 2006-cı il

№399

03.05.2006
926

Nəşrlər

  • 16-17(278-279) 08 noyabr 2017-ci il

  • 15(277) 17 oktyabr 2017-ci il

  • 13-14(275-276) 07 sentyabr 2017-ci il

  • 12(274) 15 avqust 2017-ci il

Bannerlər