ÖLKƏDƏ EPİZOOTİK SABİTLİK QORUNUB SAXLANILMIŞDIR

A+
A
A-

 

 

2018-ci ilin birinci rübü ərzində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) Azərbaycan Respublikası ərazisində heyvanların (mal-qaranın, quşların, balıqların, arıların, vəhşi heyvanların və s.) müxtəlif xəstəliklərdən qorunması və onların müalicəsi, əhalinin insan və heyvanlar üçün ümumi olan xəstəliklərdən mühafizəsi, ölkə ərazisinə xarici dövlətlərdən keçə biləcək təhlükəli xəstəliklərin qarşısının alınması, öz səlahiyyətləri çərçivəsində ölkə daxili bazara nəzarəti həyata keçirmək üçün heyvan mənşəli məhsulların, xammalın, baytarlıq preparatlarının, yem və yem əlavələrinin idxalı, ixracı, istehsalı, emalı, tədarükü, daşınması, saxlanması, satışı zamanı istehlakçıların keyfiyyətsiz, təhlükəli və saxtalaşdırılmış məhsullarla təminatının qarşısını almaq məqsədi ilə zəruri baytarlıq-sanitariya tədbirlərini həyata keçirmişdir.

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq olunmuş epizootik tədbirlər planına uyğun olaraq 2018-ci ilin birinci rübü ərzində qarayara xəstəliyinə qarşı 2533125 baş iribuynuzlu, 689668 baş xırdabuynuzlu, 4308 baş donuzlarda və 86232 baş təkdırnaqlı heyvanlarda, dabaq xəstəliyinə qarşı 2208551 baş iribuynuzlu heyvanlarda, quduzluq xəstəliyinə qarşı 209949  baş itdə, nodulyar dermatit xəstəliyinə qarşı 256933 baş iribuynuzlu heyvanda, qoyunların çiçəyinə qarşı 36379 baş davarda, həmçinin quşların nyukasl xəstəliyinə qarşı 8515462 baş quşda “H” vaksini ilə, 12185304 baş quşda “La-Sota” vaksini ilə profilaktik peyvəndləmələr aparılmışdır.

Həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə 421293 baş iribuynuzlu, 1439 baş xırdabuynuzlu heyvanlardan qan nümunəsi alınaraq seroloji müayinə edilmişdir.

Bununla yanaşı, epididimit xəstəliyinə görə 459 baş törədici qoç, vərəmə görə 140730 baş iribuynuzlu, manqoya görə 19729 baş təkdırnaqlı heyvan diaqnostik müayinə olunmuşdur.

“Quş qripi” xəstəliyinə görə ölkə ərazisində Dövlət Baytarlıq Nəzarəti Xidmətinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə 1 dəfə monitorinq keçirilmiş, monitorinqlər zamanı seçmə üsulla ovlanaraq götürülən 25 baş çöl quşunun patmaterialı və 1771 baş ev quşunun qan nümunələri Respublika Baytarlıq Laboratoriyasında müayinə edilmiş, nəticədə xəstəlik aşkar edilməmişdir. Monitorinqlər əsasən Abşeron Milli Parkında, Şabran rayonunun Ağzıbir ovçuluq təsərrüfatında, Salyan rayonunun Şirvan Milli Parkında, Ağcabədi rayonunun Ağgöl Milli Parkı ərazisində, Lənkəran rayonunun Qızılağac Dövlət Təbiət Qoruğu ərazisində, habelə respublika rayonlarının əhaliyə məxsus quşçuluq təsərrüfatlarında aparılmışdır.

2018-ci ilin birinci rübü ərzində respublikamıza 1430,3 ton iribuynuzlu mal əti, 53,2 ton qoyun əti, 93 ton ət konservi, 5623,6 ton quş əti, 1775,1 ton donuz əti, 763,4 ton kolbasa və sosis, 736,2 ton süd, 2649,1 ton süd məhsulları, 1082,7 ton pendir, 358 ton quru süd, 886,8 ton qatılaşdırılmış süd, 761 ton mayonez, 4879,1 ton kərə yağı, 195,4 ton süd və yağ pastası, 5795,2 min ədəd damazlıq yumurta, 25271 baş iribuynuzlu heyvan, o cümlədən 1330 baş damazlıq, 5905 baş kəsim üçün xırdabuynuzlu heyvan, 374,4 min baş bir günlük cücə, 635 ton balıq konservi, 1094,6 ton dondurulmuş balıq, 1775  ton spred yağı, 23500 doza buğa toxumu, 0,79 ton balıq kürüsü, 19,3 ton yumurta ağı tozu və s. baytarlıq nəzarətində olan məhsullar idxal olunmuşdur. Heyvan mənşəli idxal məhsulları Respublika Baytarlıq Laboratoriyasında bakterioloji, kimya-toksikoloji, radioloji və digər müayinələrdən keçirilərək qida üçün yararlığı müəyyən edildikdən sonra istifadəyə verilmişdir.

2018-ci ilin birinci rübü ərzində respublikamızdan 143 min ədəd iribuynuzlu, 254,5 min ədəd xırdabuynuzlu heyvan dərisi, həmçinin 21,2 ton mal əti konservi, 20,9 ton qoyun bağırsağı, 19 ton toyuq əti, 39,2 ton toyuq konservi, 1854 baş  diri at, 137 ton balıq, 56,4 ton qoyun əti,14 ton heyvan daxili orqanları və s. baytarlıq nəzarətində olan məhsullar ixrac olunmuşdur.

Bazarlarda, kəsim sexlərində və ticarət mərkəzlərində fəaliyyət göstərən baytarlıq-sanitariya ekspertiza laboratoriyalarında aparılan müayinələr nəticəsində 1805 kq mal, qoyun, donuz və quş ətinin, iri və xırdabuynuzlu heyvanların 7248 kq daxili orqanlarının, 873 kq balığın, 17916 kq süd və süd məhsullarının və 4245 ədəd yumurtanın insan qidası üçün yararsız olması aşkar edilərək baytarlıq qanunvericiliyinə uyğun olaraq zərərsizləşdirilmişdir.

Həmçinin, mənşəyi məlum olmayan, yararlığı şübhə doğuran və sağlamlığına dair heç bir sənədi olmayan 305 kq at əti Respublika Baytarlıq Laboratoriyasının müvafiq ekspertizalarına əsasən insan qidası üçün yararsız hesab edilərək qanunvericiliyə uyğun zərərsizləşdirilmişdir.

Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda epidemioloji nəzarət sisteminin gücləndirilməsi istiqamətində Dövlət Baytarlıq Nəzarəti Xidmətinə (DBNX) dəstək” Tvininq layihəsi çərçivəsində beynəlxalq və milli ekspertlər tərəfindən qarayara, nodulyardermatit, xırdabuynuzlu heyvanların taun xəstəliyi, nyukasl, yüksək patogenli “quş qripi”, bruselyoz və quduzluq xəstəliklərinə qarşı mübarizə tədbirləri barədə “Qaydalar” tərtib edilmişdir. Həmin xəstəliklər üzrə Fövqəladə Fəaliyyət Planı və hər bir adıçəkilən xəstəliyin Standart Əməliyyat Prosedurları Ümumdünya Heyvan Sağlamlığı (BEB) və Avropa İttifaqı (Aİ) Təşkilatlarının tələblərinə uyğun hazırlanmışdır. Adıçəkilən sənəd layihələri üzərində son tamamlama işləri həyata keçirilir və 2018-ci ilin birinci yarısına kimi aidiyyəti üzrə təqdim ediləcəkdir.

2018-ci ilin birinci rübü ərzində Avropa İttifaqının dəstəyi ilə "Azərbaycanda epidemioloji nəzarət sisteminin gücləndirilməsi istiqamətində Dövlət Baytarlıq Nəzarəti Xidmətinə (DBNX) dəstək" adlı Tvinninq layihəsi çərçivəsində Bakı, Lənkəran və Şəki şəhərlərində “Quduzluq xəstəliyinin profilaktikası və müşahidəsi” mövzusunda maarifləndirci seminarlar keçirilmişdir.

Tvinninq layihəsinin beynəlxalq ekspertləri və DBNX-nin mütəxəssisləri tərəfindən “2018-2022-ci illərdə Azərbaycan Respublikasında quduzluq xəstəliyinə qarşı mübarizə üzrə Milli Strategiya” və “Azərbaycan Respublikasında Quduzluq xəstəliyinin aradan qaldırılmasına dair uzunmüddətli Fəaliyyət Planı (2018-2022)”nın ilkin layihəsi hazırlanmış və Fəaliyyət Planının həyata keçirilməsi üçün təqribi büdcə vəsaiti hesablanmışdır.

Həmçinin, Tvinninq layihəsi çərçivəsində Dövlət Baytarlıq Nəzarəti Xidmətinin 6 əməkdaşı Fransa Respublikasında iri və xırdabuynuzlu heyvanların identifikasiya və qeydiyyat sisteminin öyrənilməsi və heyvan sağlamlığının təmin edilməsi sahəsində təcrübə mübadiləsinin aparılması məqsədi ilə Fransada səfərdə olmuşdur.

2018-ci ilin birinci rübündə epizootik tədbirlərin səmərəli təşkili məqsədi ilə bütün rayon (şəhər) baytarlıq idarələri qoruyucu geyim vasitələri, baytarlıq alət və ləvazimatları, dezinfeksiya, dezinseksiya maddələri ilə təmin edilmişdir.

Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən həyata keçirilən yuxarıda qeyd olunan baytarlıq-sanitariya tədbirləri nəticəsində 2018-ci ilin birinci rübü ərzində respublikada epizootik vəziyyət sabit olmuşdur. Bu sabitliyi qoruyub saxlamaq üçün Dövlət Baytarlıq Nəzarəti Xidməti lazımi təşkilati tədbirləri davam etdirir.

12.04.2018
183

Nəşrlər

  • 17(297) 14 noyabr 2018-ci il

  • 15-16(295-296) 24 oktyabr 2018-ci il

  • 13-14(293-294) 20 sentyabr 2018-ci il

  • 12(292) 28 avqust 2018-ci il

Bannerlər