Azərbaycanda bruselyoz xəstəliyinin qarşısının alınması və kökünün kəsilməsi strategiyasina...

A+
A
A-



Azərbaycanda bruselyoz xəstəliyinin qarşısının alınması və kökünün kəsilməsi strategiyasina dair seminar keçiriləcək

 

 

Aprelin 20-də Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində Avropa İttifaqının dəstəyi ilə Azərbaycan, Fransa və Macarıstanın kənd təsərrüfatı nazirlikləri tərəfindən birgə həyata keçirilən "Azərbaycanda Epidemioloji Nəzarət Sisteminin Gücləndirilməsi İstiqamətində Dövlət Baytarlıq Nəzarəti Xidmətinə (DBNX) Dəstək" Tvinninq layihəsi çərçivəsində "Azərbaycanda bruselyoz xəstəliyinin qarşısının alınması və kökünün kəsilməsi strategiyasi" mövzusuna dair seminar keçiriləcək.

Tədbir Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti ilə Avropa İttifaqının (Aİ) birgə təşkilatçılığı ilə baş tutacaqdır.

Seminarda Tvinninq layihəsini həyata keçirən Azərbaycan, Fransa və Macarıstanın kənd təsərrüfatı nazirliklərinin, Aİ-nin Azərbaycandakı nümayəndəliyinin, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan üzrə Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin, Dünya Bankının,  ACİP layihəsinin, Səhiyyə Nazirliyinin, Baytarlıq Elmi-Tədqiqat İnstitutunun müvafiq strukturlarının və digər aidiyyəti qurumların nümayəndələri iştirak edəcəklər.

Seminarda Fransanın ANSES laboratoriyasının şöbə müdiri Kler Ponsarinin “Heyvanlarda bruselyoz xəstəliyinin kökünün kəsilməsi: Fransa – 40 illik təcrübə” və “Azərbaycanda bruselyoz xəstəliyinə qarşı mübarizə: tövsiyələr, perspektivlər” mövzularında təqdimatları  olacaqdır.

Həyata keçirilən bruselyoz xəstəliyinə qarşı mübarizə strategiyası, gözlənilən nəticələr və tövsiyələr ətrafında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin və aidiyyəti qurumların mütəxəssislərinin iştirakı ilə müzakirələr  aparılacaqdır.

18.04.2018
204

Nəşrlər

  • 13-14(293-294) 20 sentyabr 2018-ci il

  • 12(292) 28 avqust 2018-ci il

  • 10-11(290-291) 24 iyul 2018-ci il

  • 09(289) 21 iyun 2018-ci il

Bannerlər