Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və onun yanında yaradılmış dövlət xidmətləri haqqında əsasnamələrin təsdiq edilməsi barədə

A+
A
A-

 

 

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və onun yanında yaradılmış dövlət agentliyi  dövlət xidmətləri haqqında əsasnamələrin təsdiq edilməsi barədə[1]

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və onun yanında yaradılmış dövlət agentliyinin və dövlət xidmətlərinin fəaliyyətini təmin etmək məqsədilə qərara alıram:[2]

1.  Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur - əlavə 1).

2.  Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur - əlavə 2).[3]

3.  Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur - əlavə 3).[4]

4.  Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur - əlavə 4).

5.  Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur - əlavə 5).[5]

6.  "Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 9, maddə 555) ilə təsdiq edilmiş əlavə № 2 - "Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı"nın 10-cu və 11-ci bəndlərində "Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi" sözləri "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi" sözləri ilə əvəz edilsin.

7.  Azərbaycan Respublikası Prezidentinin aşağıda göstərilən Fərmanları qüvvədən düşmüş hesab edilsin:

7.1.  "Dövlət Aqrar İslahatı Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı;

7.2.  "Azərbaycan Respublikası Dövlət Aqrar İslahatı Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 14 aprel tarixli 313 nömrəli Fərmanı;

7.3.  "Kənd təsərrüfatında nümunəvi özəl təsərrüfatların formalaşmasına yardım üzrə Dövlət Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 19 sentyabr tarixli 495 nömrəli Fərmanı;

7.4.  "Kənd təsərrüfatında özəl təsərrüfatların formalaşmasına yardım üzrə Dövlət Komissiyası haqqında" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 7 fevral tarixli 275 nömrəli Fərmanı.

8.  Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:

8.1.  Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin və onun yanında yaradılmış dövlət agentliyinin və dövlət xidmətlərinin işçilərinin say həddini bir ay müddətində müəyyən etsin;[6]

8.2.  normativ hüquqi aktların bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

8.3.  bu Fərmanla ləğv edilən Azərbaycan Respublikası Dövlət Aqrar İslahatı Komissiyasının müvafiq sənədlərinin, Kənd Təsərrüfatında Özəl Bölmənin İnkişafına Yardım Agentliyinin sənədlərinin və əmlakının Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə təhvil verilməsini təmin etsin;

8.4.  Bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

9. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi bu Fərmandan irəli gələn məsələləri öz səlahiyyətləri daxilində həll etsin.

10. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı səhəri, 20 aprel 2005-ci il

                 № 226

20.04.2005
2057

Nəşrlər

  • 16-17(278-279) 08 noyabr 2017-ci il

  • 15(277) 17 oktyabr 2017-ci il

  • 13-14(275-276) 07 sentyabr 2017-ci il

  • 12(274) 15 avqust 2017-ci il

Bannerlər