Azərbaycanın yeni kənd təsərrüfatı naziri İnam Kərimov kollektivə təqdim olunub

A+
A
A-

 

 

23 aprel 2018-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Ramiz Mehdiyev yeni təyin olunmuş kənd təsərrüfatı naziri İnam Kərimovu nazirliyin kollektivinə təqdim edib.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumatda bildirilir ki, Ramiz Mehdiyev nazir İnam Kərimovun keçdiyi həyat yolu barədə ətraflı məlumat verərək qeyri-neft sektorunun, xüsusilə də kənd təsərrüfatının ölkə iqtisadiyyatında əhəmiyyətli rol oynadığını, bu sahənin inkişafı ilə bağlı böyük potensial imkanların olduğunu diqqətə çatdırıb. Ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulan əsas hədəflərə nail olmaq üçün nazirliyin kollektivinə müvafiq məsləhət və tövsiyələrini verib.

Yeni təyin olunmuş kənd təsərrüfatı  naziri  İnam Kərimov  ölkə başçısının ona göstərdiyi yüksək etimada görə təşəkkürünü bildirib, qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirəcəyini qeyd edib.

İnam Kərimov Prezident İlham Əliyevin rəhbərliyi ilə  respublikamızda bütün sahələrdə olduğu kimi,  qeyri-neft sektorunun xüsusilə, kənd təsərrüfatının uğurla inkişaf etdirildiyini bildirib.

Yeni təyin olunmuş kənd təsərrüfatı  naziri  İnam Kərimov  nazirliyin kollektivinə təqdim olunarkən öz çıxışında 3 əsas fəaliyyət prinsiplərini açıqlayıb.

Nazir fəaliyyət prinsiplərində düzgün və səmərəli idarəçilik, kəndli və fermerlərə yaxınlıq (şəffaflıq, səmərəlilik, hesabatlılıq) və innovasiyaların tətbiqinin əsas götürüləcəyini qeyd edib.

Fermerlərin qarşılaşdıqları problemlərin araşdırılması və həlli yollarının tapılması, diqqət və qayğını artırmaqla onlara daha yaxın olmaq, innovasiyaların xüsusilə “Elektron Kənd Təsərrüfatı” layihəsinin tətbiqinin genişləndirilməsi istiqamətində tədbirlərin həyata keçiriləcəyini vurğulayıb.

Qeyd edək ki, İnam İmdad oğlu Kərimov kənd təsərrüfatı naziri vəzifəsinə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamı ilə təyin edilib.

23.04.2018
69

Nəşrlər

  • 07-08(287-288) 24 may 2018-ci il

  • 05-06(285-286) 26 aprel 2018-ci il

  • 04(284) 29 mart 2018-ci il

  • 02-03(282-283) 28 fevral 2018-ci il

Bannerlər