Aqrar bölmədə idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqinda AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

A+
A
A-

 

 

1. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yenidən təşkil edilsin və müəyyən edilsin ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, istehsalçılara zəruri xidmətlərin göstərilməsi, meliorasiya və su təsərrüfatı, baytarlıq, bitki karantini, torpaqların səmərəli istifadəsi də daxil olmaqla, aqrar bölmədə dövlət siyasətini və iqtisadi münasibətlərin tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

2. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında aşağıdakı qurumlar yaradılsın:

2.1. Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi;

 2.2. Dövlət Baytarlıq Xidməti;

2.3. Dövlət Fitosanitar Nəzarəti Xidməti;

2.4. Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi.

 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi ləğv edilsin və onun balansında olan əmlak Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında yaradılan Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinə verilsin.

 4. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

 4.1. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında və onun yanında yaradılan xidmətlərin və agentliklərin əsasnamələrinin layihələrini və nazirlik sisteminin strukturu barədə təkliflərini hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

 4.2. Qüvvədə olan qanunvericilik aktlarının bu sərəncama uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

4.3. Bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

5. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Prezidenti

İLHAM ƏLİYEV

Bakı şəhəri, 23 oktyabr 2004-cü il.

23.10.2004
1140

Nəşrlər

  • 15(277) 17 oktyabr 2017-ci il

  • 13-14(275-276) 07 sentyabr 2017-ci il

  • 12(274) 15 avqust 2017-ci il

  • 10-11(272-273) 19 iyul 2017-ci il

Bannerlər