Heyvan sağlamlığı sahəsində təhlükələrin müəyyən edilməsi və risklərin təhlili mövzusunda təlim keçirilmişdir

A+
A
A-



Heyvan sağlamlığı sahəsində təhlükələrin müəyyən edilməsi və risklərin təhlili mövzusunda təlim keçirilmişdir

 

 

 

03 may 2018-ci il tarixində Göygöl Rayon Baytarlıq İdarəsində Avropa İttifaqının (Aİ) dəstəyi ilə Azərbaycan, Fransa və Macarıstanın kənd təsərrüfatı nazirlikləri tərəfindən birgə həyata keçirilən "Azərbaycanda Epidemioloji Nəzarət Sisteminin Gücləndirilməsi İstiqamətində Dövlət Baytarlıq Nəzarəti Xidmətinə (DBNX) Dəstək" Tvinninq layihəsi çərçivəsində “Heyvan sağlamlığı sahəsində təhlükələrin müəyyən edilməsi və risklərin təhlili” mövzusunda təlim keçirilmişdir.

Təlimdə Tvinninq layihəsi tərəfindən dəvət edilmiş BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) eksperti, DBXN-nin baytarlıq mütəxəssisləri, Göygöl, Şəmkir, Goranboy, Samux, Daşkəsən və Yevlax rayonlarının baytarlıq idarələrinin mütəxəssisləri iştirak etmişlər.

Təlimdə heyvan sağlamlığı sahəsində təhlükələrin müəyyən edilməsi, müxtəlif potensial riskin qiymətləndirilməsi, onun qarşısının alınması və heyvan sağlamlığında risklərin mövcudluğu barədə məlumatlar verilmişdir. Həmçinin heyvan sağlamlığı sahəsində təhlükələrin müəyyən edilməsi və riskin təhlili konsepsiyaları, risk faktorları, risklərin qiymətləndirilməsində işlədilən qaydalar və beynəlxalq təşkilatların müxtəlif üsulları vurğulanmış, risklərin təhlili prioritet xəstəliklər üzrə əldə edilmiş məlumatlar müzakirə olunmuşdur.

Tədbirdə Tvinninq layihəsi tərəfindən dəvət edilmiş FAO-nun nümayəndəsi, baytar həkim, epizootoloq, beynəlxalq ekspert Ludovik Ple, Dövlət Baytarlıq Nəzarəti Xidmətin əməkdaşları Nigar Səfi, Şahin Mirzəyev və Ozal Sadıqlı mövzu ətrafında yerli mütəxəssislərə təlim keçmişlər.

Gələcəkdə bu təlimlərin davamlı olaraq aparılması nəzərdə tulmuşdur.

Təlimin sonunda heyvan sağlamlığı sahəsində təhlükələrin müəyyən edilməsi və risklər, xəstəliklərə qarşı aparılan mübarizə strategiyası, gözlənilən nəticələr və tövsiyələr ətrafında beynəlxalq təcrübələr barədə işgüzar müzakirələr aparılmışdır.

03.05.2018
89

Nəşrlər

  • 10-11(220-221) 24 iyul 2018-ci il

  • 09(289) 21 iyun 2018-ci il

  • 07-08(287-288) 24 may 2018-ci il

  • 05-06(285-286) 26 aprel 2018-ci il

Bannerlər