“Yeni Müsavat”qəzeti Dövlət Baytarlıq Nəzarəti Xidməti barədə yazılanlara təkzib vermişdir

A+
A
A-

 

 

 

2018-ci il 09 may, saat 20:30-da “Yeni Müsavat” qəzetinin saytında Dövlət Baytarlıq Nəzarəti Xidməti barədə yazılanlara təkzib vermişdir. Təkzib “Baytarlıq Xidməti Nəzarəti: “Xidmətdə heç bir yoxlama aparılmır” sərlövhəsi və http://musavat.com/news/baytarliq-xidmeti-nezareti-xidmetde-hec-bir-yoxlama-aparilmir_525447.html  internet bağlantısı altında oxucuların diqqətinə çatdırılmışdır. Təkzibi olduğu kimi təqdim edirik:

 

 

“Baytarlıq Xidməti Nəzarəti: “Xidmətdə heç bir yoxlama aparılmır”

“Yeni Müsavat” qəzetinin 8 may və 9 may 2018-ci il tarixli saylarında və qəzetin veb səhifələrində “Baytarlıq Xidmətinin rəisinin şok maxinasiyası” (http://musavat.com/news/baytarliq-xidmetinin-reisinin-sok-maxinasiyasi_525016.html )
“Baş baytar həbs oluna bilər” (http://musavat.com/news/bas-baytar-hebs-oluna-biler_525328.html )  adlı məqalələr dərc edilib. 

Bununla əlaqədar Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəlinin imzasıyla redaksiyamıza daxil olan məktubda bildirilir ki, yuxarıda sərlövhələri və bağlantıları göstərilən yazıların əsası yoxdur, heç bir fakta söykənmir və Dövlət Xidmətinin fəaliyyətinə xələl gətirir.

DBNX-in təkzib məktubunda bildirilir ki, hazırda xidmətdə heç bir yoxlama və ya araşdırmalar aparılmır: "Həmçinin, son illərdə Dövlət Xidməti tərəfindən kəsim üçün Azərbaycan Respublikasına xaricdən gətirilən mal-qaranın damazlıq adı ilə rəsmiləşdirilmsi qeydə alınmamış və belə bir fakt mövcud deyildir".

Məktubda daha sonra yazılır: "Ümumiyyətlə, dövlət baytarlıq nəzarətində olan yüklərin idxal edildiyi ölkənin epizootik vəziyyəti sabit olarsa (Beynəlxalq Epizootik Büronun məlumatları əsas götürülür), idxal zamanı hüquqi və fizik şəxslərə icazə sənədi verilir. Son illər epizootik durumundan asılı olaraq respublikamıza kəsim üçün heyvanlar Gürcüstan, Ukrayna və Rusiya Federasiyasından, damazliq məqsədi ilə Almaniya və Avstriyadan idxal edilmişdir.

Heyvan gətirən sahibkarlar Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının tələblərinə və “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun icazə sənədləri ilə təmin edilmiş və heç qanun pozuntusu qeydə alınmamışdır. Buradan bir daha aydın olur ki, məqalələrdə göstərilən faktlar həqiqətə uyğun deyil və reallığı əks etdirmir. Bu məlumatlar dezinformasiya xarakteri daşıyır və ictimaiyyəti çaşdırmağa xidmət edir".

Məktubun sonunda yuxarıda qeyd olunanların nəzərə alınıb təkzib verilməsi xahiş olunur.

Musavat.com

 

 

 

10.05.2018
97

Nəşrlər

  • 07-08(287-288) 24 may 2018-ci il

  • 05-06(285-286) 26 aprel 2018-ci il

  • 04(284) 29 mart 2018-ci il

  • 02-03(282-283) 28 fevral 2018-ci il

Bannerlər