AZƏRBAYCANDA AQRAR SAHƏDƏ İDARƏÇİLİYİN TƏKMİLLƏŞDİRİLMƏSİ VƏ AQRAR ELMİN İNKİŞAF ETDİRİLMƏSİ İLƏ BAĞLI XÜSUSİ KOMİSSİYANIN YARADILMASI BARƏDƏ AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

A+
A
A-

 

 

Azərbaycan Respublikasında bu günə qədər aqrar sahədə keçirilən islahatların nəticəsi olaraq həmin sektorda əsaslı dəyişikliklər baş vermişdir. Bununla yanaşı, aparılmış islahatların davamı kimi aqrar sahədə idarəçiliyin təkmilləşdirilməsi və aqrar elmin yenidən təşkili istiqamətində müvafiq tədqiqat institutlarının, eləcə də digər aidiyyəti qurumların fəaliyyətinin səmərəliliyi və effektivliyinin artırılması zərurəti yaranmışdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında aqrar sahədə idarəçiliyin təkmilləşdirilməsi və aqrar elmin müasir tələblər səviyyəsində inkişafının təmin olunması məqsədi ilə qərara alıram:

1. Azərbaycanda aqrar sahədə idarəçiliyin təkmilləşdirilməsi və aqrar elmlərdə islahatların yeni mərhələsinin həyata keçirilməsi ilə bağlı təkliflərin hazırlanması üçün aşağıdakı tərkibdə Xüsusi Komissiya yaradılsın:

Komissiyanın sədri

Artur Rasi-zadə - Azərbaycan Respublikasının Baş naziri

Komissiyanın üzvləri

İsmət Abasov - Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri

Şahin Mustafayev - Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri

Samir Şərifov - Azərbaycan Respublikasının maliyyə naziri

Hüseynqulu Bağırov - Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Mahmud Kərimov - Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti

Qərib Məmmədov - Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri

Fatma Abdullazadə - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri

Zeynal Nağdəliyev - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri

Azər Əmiraslanov - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Aqrar siyasət məsələləri şöbəsinin müdiri

Rüfət Əsədov - Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Aqrar-sənaye şöbəsinin müdiri

2. Bu Sərəncamın 1-ci hissəsinə uyğun olaraq yaradılmış Xüsusi Komissiya Azərbaycan Respublikasında aqrar sahədə idarəçiliyin təkmilləşdirilməsi və aqrar elmin inkişaf etdirilməsinə dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 may 2011-ci il

03.05.2011
1105

Nəşrlər

  • 16-17(278-279) 08 noyabr 2017-ci il

  • 15(277) 17 oktyabr 2017-ci il

  • 13-14(275-276) 07 sentyabr 2017-ci il

  • 12(274) 15 avqust 2017-ci il

Bannerlər