Hansı xəstəliklərə qarşı peyvəndləmə dövlət büdcəsi vəsaiti hesabına aparılır?

A+
A
A-

 

 

SualBaytarlıq sahəsində profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən, heyvanların xüsusi təhlükəli xəstəlikləri hansılardır?

Cavab: Baytarlıq sahəsində profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən, heyvanların xüsusi təhlükəli xəstəliklərin siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 07 mart tarixli 65 saylı qərarı ilə təsdiq edilmişdir (Nazirlər Kabinetinin 22 yanvar 2015-ci il tarixli 12 saylı qərarı ilə əlavə olunmuşdur) .

Həmin qərara uyğun olaraq, baytarlıq sahəsində profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən heyvanların xüsusi təhlükəli xəstəlikləri aşağıdakılardır:

 

1. Müxtəlif növ heyvanların ümumi xəstəlikləri:

dabaq (virusun bütün tipləri);

qarayara (dərinin askolizasiyasından başqa);

quduzluq;

vərəm;

bruselyoz;

leptospiroz;

Kü isitməsi;

trixinelyoz;

şmallenberq virusu.

 

2. İribuynuzlu heyvanların xəstəlikləri:

taun;

süngərvari ensefalopatiya;

kontagioz plevropnevmoniya;

yoluxucu nodulyar dermatit.

 

3. Dəvələrin xəstəlikləri:

taun.

 

4. Xırdabuynuzlu heyvanların xəstəlikləri:

çiçək;

infeksion artrit;

taun;

skrepi.

 

5. Donuzların xəstəlikləri:

Afrika taunu;

klassik taun;

vezikulyar xəstəlik;

Teşen xəstəliyi.

 

6. At xəstəlikləri:

Afrika taunu;

kontagioz metrit;

ensefalomiyelitlər;

manqo;

saqqo.

 

7.Quş xəstəlikləri:

yüksək patogenli qrup (influensa);

Nyukasl xəstəliyi.

 

8. Xəz-dərili heyvanların, dovşanların xəstəlikləri:

su samurunun ensefalopatiyası;

dovşanların hemoroji virus xəstəliyi.

 

9.Balıq xəstəlikləri:

karpların hemoroji septisemiyası;

qızıl balığın furunkulyozu. 

 

Sual: Baytarlıq sahəsində profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən heyvanların xüsusi təhlükəli xəstəliklərinin siyahısına daxil olmayan digər yoluxucu və terapevtik xəstəliklər üzrə müalicə-profilaktika işləri necə aparılır?

Cavab:  Baytarlıq sahəsində profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən heyvanların xüsusi təhlükəli xəstəliklərinin siyahısına daxil olmayan yoluxucu xəstəliklərə (bradzot, qoyunların nekrotik hepatiti, infeksion mastit, quzuların anaerob dizenteriyası, qoyun və keçilərin infeksion aqalaktiyası, iribuynuzlu heyvanların leykozu, qoyun və keçilərin adenomatozu, auyeski xəstəliyi, mikozlar, dermatotoksikozlar, mikotoksikozlar, quşların leykozu, salmonelyoz, ornitoz, infeksion larinqotraxeit, qazların viruslu enteriti, cücələrin infeksion anemiyası,  quşların infeksion bronxiti, infeksion bursal xəstəliyi və s.) və terapevtik xəstəliklərə (heyvanların ürək-damar sistemi xəstəlikləri, həzm sistemi xəstəlikləri, tənəffüs orqanlarının xəstəlikləri, sidik-cinsiyyət orqanlarının xəstəlikləri,  mərkəzi və periferik sinir sistemi xəstəlikləri, cərrahi xəstəliklər və s.), həmçinin qan-parazitar xəstəliklərinə və helmintozlara şübhə yaranarsa və ya heyvanlar arasında qeyri-adi hərəkətlər müşahidə olunarsa, dərhal heyvan sahibi ərazi dövlət baytarlıq qurumuna məlumat verməlidir. Məlumata uyğun olaraq baytarlıq mütəxəssisi heyvanlara kliniki baxış keçirməli, termometriya aparmalı, ilkin diaqnozu müəyyən etməlidir. Lazım gələrsə laborator müayinə üçün qan nümunəsi və ya ölmüş heyvandan (varsa) patoloji material götürülməklə,  müvafiq baytarlıq laboratoriyasında diaqnoz dəqiqləşdirilməli və xəstə heyvanların müalicə kursundan keçməsi təmin olunmalıdır.

Xəstəliyin növündən və lokalizasiya yerindən asılı olaraq müalicə kursu müxtəlif müddətə (1 gündən 5-10 günə qədər) aparıla bilər.

Qeyd olunan prosedurlar (ölmüş heyvandan götürülmüş patoloji materialın müayinəsi istisna olmaqla) Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2007-ci il 26 iyul tarixli qərarı ilə təsdiq edilmiş tariflərə uyğun olaraq  heyvan sahibinin vəsaiti hesabına həyata keçirilir. 

25.05.2018
99

Nəşrlər

  • 17(297) 14 noyabr 2018-ci il

  • 15-16(295-296) 24 oktyabr 2018-ci il

  • 13-14(293-294) 20 sentyabr 2018-ci il

  • 12(292) 28 avqust 2018-ci il

Bannerlər