Sahə baytarlıq məntəqələrinin vəzifə və səlahiyyətləri hansılardır?

A+
A
A-

 

 

SUAL: Sahə baytarlıq  məntəqələrinin vəzifə və səlahiyyətləri hansılardır?

 

CAVAB: Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rayon (şəhər) Baytarlıq İdarəsinin
Baytarlıq sahəsi haqqında Kənd Təsərrüfat Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin 2016-cı il tarixli, 40 nömrəli əmri ilə təsdiq edilmiş nümunəvi Əsasnaməyə uyğun olaraq baytarlıq sahəsi əhatə etdiyi inzibati ərazidə epizootik plana əsasən baytarlıq xidmətini, o cümlədən həmin ərazidə  bütün növ heyvanların və quşların yoluxucu və yoluxmayan xəstəliklərinin profilaktikasını, müalicəsini, diaqnostik müayinələrinin aparılmasını təşkil edir və bu işləri həyata keçirir. Baytarlıq sahəsi "Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq sahənin əhatə etdiyi ərazilərdə yarana biləcək yoluxucu xəstəliklərdən qorunmasının təmin edilməsi məqsədilə bütün hüquqi və fiziki şəxslərə icrası məcburi olan göstərişlər verilməsi üçün təkliflər verir.

 

25.05.2018
110

Nəşrlər

  • 17(297) 14 noyabr 2018-ci il

  • 15-16(295-296) 24 oktyabr 2018-ci il

  • 13-14(293-294) 20 sentyabr 2018-ci il

  • 12(292) 28 avqust 2018-ci il

Bannerlər