Xaricdən gətirilən it və pişiklər üçün hansı sənədlər tələb olunur?

A+
A
A-

 

 

Sual: Xaricdən gətirilən it və pişiklər üçün hansı sənədlər tələb olunur?

 

Cavab: Dövlət baytarlıq nəzarətində olan yüklərin, eləcə də diri heyvanların idxal –ixracı zamanı icazənin verilməsi aşağıda göstərilən sənədləşmələr əsasında aparılır.

İDXAL ÜÇÜN:
Dövlət baytarlıq nəzarətində olan yüklərin idxal edildiyi ölkənin epizootik vəziyyəti sabit olarsa (Beynəlxalq Epizootik Büronun məlumatları əsas götürülür), idxal zamanı hüquqi və fizik şəxslərdən aşağıdakı səndlər tələb olunur:

1. Hüquqi və fizik şəxsin yazılı ərizəsi və ya müraciəti;  
2. Müqavilə;

3. Yük ixrac edən ölkənin:

a) sağlamlığa dair baytarlıq sertifikatı;

b) mənşə setifikatı;

İdxal üçün növbəti sənəd təqdim olunduqda əvvəlcədən gətirilən məhsula Respublika Baytarlıq Laboratoriyasının ekspertizası təqdim olunmalıdır.

 

İXRAC ÜÇÜN:

    1) Hüquqi və fizik şəxsin yazılı ərizəsi və ya müraciəti;  

     2) Müqavilə;

    3) Mənşə sertifikatı;

    4) Respublika Baytarlıq Laboratoriyasının ekspertizası;

    5) Rayon, şəhər baytarlıq idarələri tərəfindən verilən baytarlıq sertifikatı.

    6) Rayon, şəhər baytarlıq idarələrinin Dövlət Baytarlıq Xidmətinə müraciəti.

    7)Heyvanın fərdi pasportu və onun sağlamlığı haqda beynəlxalq baytarlıq sertifikatı.

 

 

31.05.2018
91

Nəşrlər

  • 17(297) 14 noyabr 2018-ci il

  • 15-16(295-296) 24 oktyabr 2018-ci il

  • 13-14(293-294) 20 sentyabr 2018-ci il

  • 12(292) 28 avqust 2018-ci il

Bannerlər