Heyvan ətinin satışına başlamaq üçün nə etmək lazımdır?

A+
A
A-

 

 

 

Sual: Heyvan ətinin satışına başlamaq üçün nə etmək lazımdır?

 

Cavab-Yerli icra hakimiyyəti orqanına, ərazi üzrə Baytarlıq və Səhiyyə orqanlarına müraciət edilməlidir.

Baytarlıq haqqında qanunveiciliyin və digər hüquqi aktların tələblərinə uyğun olaraq heyvan əti satışını aparmaq istəyən sahibkar və ya vətəndaş ilk növbədə yerli icra və səhiyyə orqanlarına müraciət olmaqla (ticarrətin aparılmasına dair sənədləri, vöeni, ət satanın sağlamlığına dair sənədi, yerin sanitar-gigiyenik tələblərə cavab verməsi və s.), yanaş yerli baytarlıq idarələrinə ərizə ilə müraciət etməlidir. Baytarlıq idarəsi ilə müqavilə bağlanılır və həmin obyektin qeydiyyata (identkləşməsi) düşməsi barədə baytarlıq şəhadətnamə alınır.

Satış məqsədi ilə mağazaya, bazara və digər ticarət obyektlərinə gətirilən heyvan ətinin müayinəsi barədə müayinəni aparan baytarlıq-sanitariya ekspertiza laboratoriyasının insan qidası üçün yararlı olmasına dair rəyi olmalıdır. Ətin və ya cəmdəyin dörddən birinin üzərinə ətin müayinə olunması barədə möhür vurulmalıdır.

Heyvan kəsimi mərkəzləşmiş, müvafiq icra orqanları tərəfindən icazə verilmiş, baytarlıq-sanitariya ekspertiza laboratoriyası fəaliyyət göstərən, baytarlıq-sanitariya tələblərinə uyğun tikilmiş kəsim sexlərində aparılmalıdır.

Ətin satışı isə müvafiq icra orqanları tərəfindən satışına icazə verilmiş,    baytarlıq-sanitariya ekspertiza laboratoriyasının müayinəsindən keçmiş,  baytarlıq-sanitariya tələblərinə uyğun fəaliyyət göstərən satış obyektlərdə aparıla bilər.

Ət və ət məhsulları, süd və süd məhsulları bazarda və digər ticarət obyektlərində ayrıca bir yerdə, sərinləşdirilmiş, hava cərəyanı ilə təmin edilmiş, soyuducu kameralarla təchiz edilmiş yerlərdə satılmalıdır.

Ətin satışını aparan qəssab xüsusi geyimlə təmin edilir və onların sağlamlığına səhiyyə orqanları tərəfindən nəzarət həyata keçirilir.

06.06.2018
87

Nəşrlər

  • 17(297) 14 noyabr 2018-ci il

  • 15-16(295-296) 24 oktyabr 2018-ci il

  • 13-14(293-294) 20 sentyabr 2018-ci il

  • 12(292) 28 avqust 2018-ci il

Bannerlər