Azərbaycan Respublikasında dövlət baytarlıq nəzarəti funksiyasını yerinə yetirən şəxslər üçün xüsusi geyim formasının, fərqləndirici nişanların təsviri və onların təchizat normasının təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin Qərarı

A+
A
A-

  

 

Azərbaycan Respublikasında dövlət baytarlıq nəzarəti funksiyasını yerinə yetirən şəxslər üçün xüsusi geyim formasının, fərqləndirici nişanların təsviri və onların təchizat normasının təsdiq edilməsi haqqında (əlavə və dəyişikliklər -122 - 29/06/2005)
"Baytarlıq Təbabəti haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. "Azərbaycan Respublikasında dövlət baytarlıq nəzarəti funksiyasını yerinə yetirən şəxslər üçün xüsusi geyim formasının və fərqləndirici nişanların təsviri" və "Azərbaycan Respublikasında dövlət baytarlıq nəzarətini yerinə yetirən şəxslər üçün xüsusi geyim formasının təchizat norması" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A.Rasi-zadə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 61 nömrəli qərarı ilə təsdiq edilmişdir

Azərbaycan Respublikasında dövlət baytarlıq nəzarəti funksiyasını yerinə yetirən şəxslər üçün xüsusi geyim formasının və fərqləndirici nişanların təsviri

1. Ümumi müddəalar

1.1. "Baytarlıq Təbabəti haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikasında dövlət baytarlıq nəzarəti funksiyasını yerinə yetirən şəxslər üçün xüsusi geyim formasının və fərqləndirici nişanların təsviri, xüsusi geyim formasının təchizat norması hazırlanmışdır.

1.2. Azərbaycan Respublikasında dövlət baytarlıq nəzarəti funksiyasını yerinə yetirən baytarlıq xidməti işçilərinin fərqləndirici nişanı olan xüsusi geyim formasını geyinmək hüququ vardır.

1.3. Bu Qaydalara riayət etmək baytarlıq nəzarəti funksiyasını yerinə yetirən bütün dövlət baytarlıq xidməti işçiləri üçün məcburidir. Geyim formasının bütün əşyaları qəbul edilmiş təsvir və qaydaya uyğun olmaqla normal vəziyyətdə saxlanmalıdır.

1.4. Azərbaycan Respublikasında dövlət baytarlıq xidməti işçilərinə müəyyən edilmiş xüsusi gündəlik geyim forması qış və yay forma dəstlərindən ibarət olmaqla, onların hazırlanması və verilməsi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin müvafiq qərarı ilə tənzimlənir.

1.5. Müəyyən edilsin ki, Azərbaycan Respublikasında dövlət baytarlıq nəzarətini həyata keçirən şəxslər üçün xüsusi geyim formasının təchizatı təsdiq edilmiş formalara əsasən hər il dövlət büdcəsində Kənd Təsərrüfatı Nazirliyinə nəzərdə tutulmuş vəsaitlər dairəsində, habelə Nazirliyin bu sistemdən əldə etdiyi büdcədənkənar vəsaitlər hesabına həyata keçirilir.

2. Azərbaycan Respublikasında dövlət baytarlıq nəzarətini yerinə yetirən şəxslər üçün gündəlik geyim formasının təsviri

2.1. Qış dəsti dövlət baytarlıq nəzarəti funksiyasını yerinə yetirən dövlət baytarlıq xidməti işçiləri üçün tünd göy rəngli parçadan furajka, tünd göy rəngli palto, tünd göy rəngli kostyum, uzunqol pambıq parçadan ağ və açıq mavi rəngli köynək, qara qalstuk üçün sancaq, tünd göy rəngli corab, qara rəngli əlcək, ağ rəngli şərf və isti içlikli qara rəngli ayaqqabıdan ibarətdir.

2.2. Yay dəsti dövlət baytarlıq nəzarəti funksiyasını yerinə yetirən dövlət baytarlıq xidmətinin işçiləri üçün boz rəngli furajka, həmin parçadan şalvar və üst köynək, boz rəngli corab, qara rəngli ayaqqabıdan ibarətdir. Üst köynək açıq yaxalığı olmaqla döş hissəsindən iki ədəd qapalı üst ciblər, aşağı bel hissəsi və qolları manjetlidir. Köynəyin qabaq hissəsi, cib qapaqları və qolun manjet hissəsi düymələnir. Çiyinlərində çiyinüstü fərqləndirici nişanı bərkitmək üçün kəmərçiklər tikilir, sol qolunda dövlət baytarlıq xidmətinə aid olduğunu bildirən qolüstü nişan olur.

2.3. Furajka dövlət baytarlıq nəzarəti funksiyasını yerinə yetirən dövlət baytarlıq xidmətinin?işçiləri üçün tünd göy rəngli (qış) və boz rəngli (yay) müvafiq kostyumların parçasından tikilir. Üst tərəfində ensiz tünd yaşıl zolaq, ortasının kənarında eni 50 min olan tünd yaşıl rəngli məxmərdən zolaq vardır. Günlüyü qara rənglidir və laklanmışdır, üzərində dövlət baytarlıq xidmətinin emblemi (kasaya salınmış ilan) olan gümüşü rəngli metaldan hazırlanmış iki düymə bərkidilmiş gümüşü rəngli toxunma qaytanı və? dövlət baytarlıq xidmətinin gümüşü rəngli embleminin təsviri olan kokardası vardır.

Azərbaycan Respublikasının Baş dövlət baytar müfəttişi və onun müavinləri üçün furajkanın kokardasının sağ və sol hissəsində toxunma dəfnə yarpağı nişanları vardır. Azərbaycan Respublikasının Baş dövlət baytar müfəttişi və onun müavinləri üçün gödəkcə qara rəngdə olur, içliyi və yaxalığı xəzdəndir. Üzərində bir sırada yerləşən üç ədəd düymələri, hər iki tərəfində düz yerləşdirilmiş, üstlüyü qatlama, yan cibləri, sol qolunun üstündə dövlət?baytarlıq xidmətinin tanınma nişanının təsviri olan qolüstü nişan, çiyinlərində fərqləndirici nişanlar vardır.

2.4. Palto tünd göy rəngli yun parçadandır. Üzərində bir sırada yerləşən dövlət baytarlıq xidmətinin tanınma nişanının təsviri (kasaya salınmış ilan) olan gümüşü metaldan hazırlanmış 3 ədəd böyük düymə, hər iki tərəfdə düz yerləşdirilmiş üstlüyü qatlanan yan cibləri vardır. Qollarının aşağı arxa hissəsində bir sırada yerləşən gümüşü metaldan hazırlanmış 3 ədəd kiçik düymələr vardır, arxadan bel hissəsindən gümüşü metaldan hazırlanmış 2 ədəd eyni böyük düymə ilə bərkidilmiş kəmərçiyi olur. Paltonun yaxalığının sağ və sol tərəfində Azərbaycan Respublikası Baş dövlət baytar müfəttişi və müavinləri üçün gümüşü toxunma dəfnə yarpağı nişanı, gümüşü metaldan hazırlanmış, diametri 20 mm, üzərində dövlət baytarlıq xidmətinin tanınma nişanı təsviri olan düymələr vardır. Paltonun sol qolunda dövlət baytarlıq xidmətinin qolüstü nişanı və müvafiq çiyinüstü fərqləndirici nişanlar vardır.

Geyim formalarında istifadə edilən gümüşü metaldan hazırlanmış düymələrin diametrləri müvafiq olaraq 20 və 13 mm olmaqla geyim formalarında istifadə edilən düymələrin üzərində dövlət baytarlıq xidmətinin embleminin təsviri olur.

2.5. Plaş - tünd göy rəngli plaş parçadandır, bir bortludur, hər iki tərəfindən düz yerləşdirilmiş qatlanan yan cibləri, üstündə bir sırada yerləşən, p arça ilə örtülmüş 4 ədəd düymələri, eyni parçadan tikilmiş b el kəməri vardır. Plaşın yaxalığında sağ və sol tərəfdə Azərbaycan Respublikasının Baş dövlət baytar müfəttişi və onun müavinləri üçün gümüşü rəngli toxunma dəfnə yarpağı nişanı, digər əməkdaşlar üçün isə gümüşü metaldan hazırlanmış, diametri 20 mm olan düymələr vardır. Plaşın sol qolunda dövlət baytarlıq xidmətinin qolüstü nişanı və müvafiq çiyinüstü fərqləndirici nişanlar vardır.

2.6. Gödəkçə- su keçirməyən tünd göy rəngli plaş parçadandır, bir bortludur, üstlükləri qatlanan iki döş və iki yan cibləri vardır. Yaxası "molniya" tipli zəncirbəndlə və parça ilə örtülmüş bir sırada yerləşən 4 ədəd düymə ilə açılıb bağlanır. Sol qolunda dövlət baytarlıq xidmətinin qolüstü nişanı və çiyinlərində müvafiq çiyinüstü fərqləndirici nişanlar vardır.

2.7. Pencək- dövlət baytarlıq nəzarəti funksiyalarını yerinə yetirən şəxslər üçün tünd göy (qış) və boz (yay) rəngli parçalardandır, iki bortludur, arxası bütövdür hər iki tərəfdə düz yerləşdirilmiş üstlüyü qatlanan yan cibləri, üstündə 2 sırada yerləşən 6 ədəd iri düymələri vardır. Azərbaycan Respublikasının baş dövlət baytar müfəttişi və onun müavinləri üçün pencəyin yaxalığında və qol manjetinin üzərində ensiz tünd yaşıl rəngli zolaq, bütün vəzifəli şəxslərin pencəklərinin qollarının aşağı arxa hissəsində bir sırada yerləşən, 3 ədəd kiçik düymələr vardır. Azərbaycan Respublikasının Baş dövlət baytar müfəttişi və onun müavinləri üçün pencəyin qollarının aşağı hissəsində, gümüşü rəngli toxunma zolaq, pencəyin qatlanan yaxalığında sağ və sol tərəfdən Azərbaycan Respublikasının Baş dövlət baytar müfəttişi və onun müavinləri üçün gümüşü rəngli toxunma dəfnə yarpağı nişanı, digər əməkdaşlar üçün isə gümüşü metaldan hazırlanmış diametri 20 mm üzərində dövlət baytarlıq xidmətinin tanınma nişanı olan emblem və pencəyin sol qolunda dövlət baytarlıq xidmətinin qolüstü nişanı və müvafiq çiyinüstü fərqləndirici nişanı vardır.

Qadınlar üçün pencək forması eyni qalmaqla sol tərəfə düymələnir və qolüstü nişan pencəyin sağ qolunda qalır.

2.8. Şalvar- dövlət baytarlıq xidmətinin bütün vəzifəli şəxsləri üçün tünd göy (qış) və boz (yay) rəngli parçadan, düzünə, manjetsiz tikilir. Qadınlara həmin parçadan yubka verilir.

2.9. Ayaqqabı- dövlət baytarlıq xidmətinin bütün vəzifəli şəxsləri üçün qara rəngdə, üstü yumşaq, altlığı göndən və digər materialdan olur.

2.10. Köynək- dövlət baytarlıq xidmətinin bütün vəzifəli şəxsləri üçün uzunqol və qısaqol olmaqla ağ və mavi rəngdədir. Yay köynəyinin çiyinlərində göy rəngdə fərqləndirici nişanı və sol qolunda (qadınlarda sağ qolunda) qolüstü nişan vardır.

2.11. Qalstuk- dövlət baytarlıq xidmətinin bütün vəzifəli şəxsləri üçün qara rəngdədir. Qalstuk üçün sancağın üstündə baytar xidmətinin emblemi vardır.

3. Azərbaycan Respublikasında dövlət baytarlıq nəzarətini yerinə yetirən dövlət baytarlıq xidməti işçilərinin döş nişanının təsviri

3.1. Xidməti döş nişanının diametri 65 mm olmaqla, gümüşü rəngli metaldan hazırlanır və üzərində konsentrik diametrlər vardır. Kənar dairənin mavi fonunda yuxarı hissədə "Azərbaycan", aşağı hissəsində isə "Respublikası" sözü vardır. Orta dairənin qırmızı fonunda "Dövlət baytarlıq nəzarəti" sözləri və mərkəzi dairəsində yaşıl fonda isə dövlət baytarlıq xidmətinin embleması və paltara bərkidilməsi üçün qaykalı yivli ştivt və ya sancaq olur. Nişan döşün sol hissəsinə taxılır.

4. Azərbaycan Respublikasında dövlət baytarlıq nəzarətini yerinə yetirən dövlət baytarlıq xidməti işçilərinin qolüstü nişanının təsviri

4.1. Azərbaycan Respublikasında dövlət baytarlıq xidməti işçiləri vəzifə səlahiyyətlərini yerinə yetirərkən onların xüsusi geyim formalarında sol qolunun yuxarı hissəsində Azərbaycan Respublikasında dövlət baytarlıq xidmətinə aid olduğunu bildirən qolüstü nişanı olur.

Qolüstü nişan qalxanabənzər formada olmaqla, kənarı gümüşü rəngli dəfnə yarpağının iki ədəd yarımdairəvi budaq, budağın (dairənin) ortasında göy rəngli aypara və ayparanın içərisində gümüşü rəngli kasaya salınmış ilan emblemi toxunur. Qolüstü nişanın kənarı tünd yaşıl rəngli qaytanla haşiyələnir. Həyata keçirilən nəzarətin formasından və tutduğu vəzifədən asılı olaraq, nişanın yuxarı hissəsində "Sərhəd baytarlıq nəzarəti", "Baytarlıq nəzarəti", "Dövlət" aşağı hissəsində isə müvafiq olaraq, "Dövlət xidməti", "Dövlət müfəttişliyi", "Baytarlıq xidməti" sözləri həkk edilir. Qolüstü nişanın sol qolun yuxarı nöqtəsindən 80 mm aşağıya tikilir.

Qolüstü nişanın yuxarı hissəsi ilə aşağı hissəsinin arasında 10 mm məsafə qalır.

5. Azərbaycan Respublikasında dövlət baytarlıq nəzarətini yerinə yetirən Azərbaycan dövlət baytarlıq xidməti işçilərinin çiyinüstü fərqləndirici nişanları

5.1. Azərbaycan Respublikasında dövlət baytarlıq nəzarətini yerinə yetirən Azərbaycan dövlət baytarlıq xidməti işçiləri tutduqları vəzifəyə uyğun olaraq çiyinüstü nişanlarla fərqlənirlər.

5.2. Çiyinüstü nişanlar bərkidilən yerin uzunluğu 140-160 mm, eni 50 mm olmaqla dördkünc, kənarları isə girdə formadadır. Çiyinüstü nişanın yeri paltarın parçasının rənginə nisbətən açıq rəngdə olmaqla kənarlarına hər tərəfdən tünd yaşıl rəngli olmaqla kənarlarına hər tərəfdən tünd yaşıl rəngli qaytan tikilir. Respublika Baş dövlət baytar müfəttişi və onun müavinləri üçün çiyinüstü nişanın yeri sapla toxunur, hamardır. Digər vəzifəli şəxslərin çiyinüstü nişanlarının yeri hamardır. Azərbaycan Respublikasının Baş dövlət baytar müfəttişi və onun müavinlərinin çiyinüstü nişanının üzərində diametri 20 mm olan gümüşü rəngli dövlət baytarlıq xidmətinin simvolik emblemi, diametri 20 mm olan gümüşü rəngli uzununa hörülmüş səkkizgüşəli ulduz və ulduzların güşələri arasında hər tərəfdən bir neçə şua hörülür. Çiyinüstü nişanların yerinə simvolik emblemin və səkkizguşəli ulduzların diametri 20 mm olduqda, eni 5 mm olan iki ədəd zolaq, diametri 13 mm olan fərqləndirici nişanlar olduqda isə eni 7 mm olan bir ədəd gümüşü zolaq çiyinüstü nişanın yerinə köndələn bərkidilir. Zolaqlar çiyinüstü nişan yerinin kənar qurtaracağından 10 mm məsafədə bərkidilir. Səkkizguşəli ulduzlar çiyinüstü nişanın üzərinə uzununa xətt üzrə bərkidilir. Çiyinüstü nişanın yuxarı hissəsinə dövlət baytarlıq xidmətinin emblemi bərkidilir. Çiyinüstü nişanlar pencəklər üçün üstündən tikilən və digər geyim formaları üçün çıxarılıb taxılan formada hazırlanır.

5.3. Fərqlənmə nişanları aşağıdakı qaydada müəyyən edilir:

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəisi Azərbaycan Respublikasının Baş dövlət baytar müfəttişi üçün naxışlı, səkkizguşəli iki ulduz tikilir;

Dövlət Baytarlıq Xidmətinin rəis müavinləri üçün- naxışlı, səkkizguşəli bir ulduz tikilir;

Dövlət Baytarlıq Xidmətinin idarə və sərbəst şöbə rəisləri, Naxçıvan MR-nın Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəisi, Dövlət Dəmir Yolunda baytarlıq nəzarəti idarəsinin rəisi, Azərbaycan Dövlət Baytarlıq Preparatlarına Elmi-Nəzarət İnstitutunun direktoru, Respublika Baytarlıq Laboratoriyasının direktoru üçün - köndələn iki zolaq və 20 mm diametrdə səkkizguşəli üç ulduz uzununa düz xətt üzrə bərkidilir.

Dövlət Baytarlıq Xidmətinin idarə və sərbəst şöbə rəislərinin müavinləri, respublika əhəmiyyətli ekspedisiyaların rəisləri, rayon bölgüsü olan sənədlərin baytarlıq idarələrinin rəisləri, Bakı şəhər Dövlət Baytarlıq Xidmətinin rəisi, Naxçıvan MR-ın Kənd Təsərrüfatı Nazirliyi yanında?Dövlət Baytarlıq Xidmətinin rəisinin müavini, Naxçıvan MR baytarlıq laboratoriyasının direktoru üçün köndələn iki zolaq və 20 mm diametrdə səkkizguşəli iki ulduz uzununa düz xətt üzrə bərkidilir.

Dövlət Baytarlıq Xidmətinin baş ekspertləri (baş baytarlıq mütəxəssisləri), Bakı şəhər Dövlət Baytarlıq Xidmətinin rəis müavini, respublika baytarlıq laboratoriyasının direktorunun müavinləri, rayon (şəhər) Dövlət Baytarlıq Xidmətlərinin rəisləri, zona baytarlıq laboratoriyalarının direktorları, Dövlət Dəmir Yolunda Dövlət Baytarlıq Xidməti rəisinin müavini, sərhəd baytar (keçid) məntəqələrinin rəisləri üçün köndələn iki zolaq və 20 mm diametrdə səkkizguşəli bir ulduz uzununa düz xətt üzrə bərkidilir;

Dövlət Baytarlıq Xidmətinin aparıcı baytar həkimləri (aparıcı ekspertlər), Bakı şəhər Dövlət Baytarlıq Xidmətinin şöbə rəisləri, rayon (şəhər) Dövlət Baytarlıq Xidmətlərinin rəis müavinləri, baytarlıq müalicəxanalarının müdirləri, sərhəd baytar nəzarəti (keçid) məntəqələrinin baytar həkimləri üçün вЂ" köndələn bir zolaq və 13 mm diametrdə səkkizguşəli dörd ulduz uzununa düz xətt üzrə bərkidilir;

Dövlət Baytarlıq Xidmətinin baytar həkimləri (ekspertlər), rayon (şəhər) Dövlət Baytarlıq Xidmətinin baytar həkimlər üçün köndələn bir zolaq və 13 mm diametrdə səkkizguşəli üç ulduz uzununa düz xətt üzrə bərkidilir;

Baytarlıq-sanitariya ekspertiza laboratoriyalarının müdirləri, sərhəd baytar nəzarəti (zolaq) məntəqələrinin rəisləri üçün вu köndələn bir zolaq və 13 mm diametrdə səkkizguşəli iki ulduz uzununa düz xətt üzrə bərkidilir;

Baytar sahə məntəqələrinin, baytarlıq- sanitariya ekspertiza laboratoriyalarının və sərhəd baytar nəzarəti məntəqələrinin digər baytar mütəxəssisləri üçün köndələn bir zolaq və 13 mm diametrdə səkkizguşəli bir ulduz uzununa düz xətt üzrə bərkidilir.

02.02.2014
639

Nəşrlər

  • 12(262) 23 dekabr 2016-cı il

  • 11(261) 25 noyabr 2016-cı il

  • 10(260) 27 oktyabr 2016-cı il

  • 09(259) 30 sentyabr 2016-cı il

Bannerlər