Dövlət Baytarlıq Nəzarəti Xidmətində Milli Qurtuluş Gününə və Ramazan bayramına ...

A+
A
A-



Dövlət Baytarlıq Nəzarəti Xidmətində Milli Qurtuluş Gününə və Ramazan bayramına həsr edilmiş tədbir keçirilib

 

 

14 iyun 2018-ci il tarixdə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində (DBNX) Dövlət Xidmətinin və onun tabeliyində olan Epizootiya və Zoonoz xəstəliklər Əleyhinə Respublika Ekspedisiyası əməkdaşlarının iştirakı ilə 15 İyun - Milli Qurtuluş Gününə və Ramazan bayramına həsr olunmuş tədbir keçirilib.

Bu münasibətlərlə keçirilən tədbirdə çıxış edən Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsinin müvəqqəti icra edən Bayandur Rzayev bildirdi ki, 1993-cü il iyunun 15-i Azərbaycan tarixində ən əlamətdar günlərdən biridir. Həmin gün ikinci dəfə hakimiyyətə qayıdan xalqımızın dahi rəhbəri Heydər Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan parçalanmaq təhlükəsindən xilas olub, ölkənin ictimai-siyasi, sosial-iqtisadi sabitliyi təmin olunub. B.Rzayev, həmçinin vurğuladı ki, müstəqil Azərbaycan Respublikası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edir və qabaqcıl dünya dövlətləri sırasında öz yerini möhkəmləndirir.

Tədbirdə digər çıxış edənlər 1993-cü ilin iyun hadisələri ərəfəsində respublikamızda yaranmış ağır vəziyyətdən, belə bir dövrdə xalqın və ziyalıların təkidi ilə siyasi hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından danışıblar. Ulu öndər Heydər Əliyevin yorulmaz fəaliyyəti, yeritdiyi müdrik daxili və xarici siyasət nəticəsində müstəqilliyimizin dönməz xarakter aldığını, dövlət quruculuğu, milli ordunun formalaşdırılması, beynəlxalq aləmdə Azərbaycanın demokratik imicinin artması sahəsində böyük işlər görüldüyü vurğulanıb. Həmçinin MDB məkanında ilk dəfə Azərbaycanda torpaq islahatı aparıldığı və torpağın öz sahibinə verildiyi bildirilib.

Qeyd edilib ki, Ulu Öndərin gördüyü nəhəng işlər, onun ideyaları, siyasi xətti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müstəqil Azərbaycan dövlətinin sürətlə inkişafı bunun bariz nümunəsidir.

Tədbirin sonunda Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsinin müvəqqəti icra edən B.Rzayev Ramazan bayramının 15 İyun-Milli Qurtuluş Günü ilə eyni vaxtda qeyd edilməsinin tariximizin xoş bir təsadüfü olduğunu və hər iki bayram münasibəti ilə tədbir iştirakçılarını təbirik edib, xoş arzularını çatdırıb.

14.06.2018
451

Nəşrlər

  • 10-11(220-221) 24 iyul 2018-ci il

  • 09(289) 21 iyun 2018-ci il

  • 07-08(287-288) 24 may 2018-ci il

  • 05-06(285-286) 26 aprel 2018-ci il

Bannerlər