AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN № 38 QƏRARI

A+
A
A-

 

 

 

"Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları"nın təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

"Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişikvə ya digər ev heyvanlarının saxlanması Qaydaları"nın təsdiq edilməsi haqqında

09.03.2011

 

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRAR

№ 38

Bakı şəhəri,                                                                                                                9 mart 2011-ci il

 

"Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları"nın təsdiq edilməsi haqqında

Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanmasını tənzimləmək məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyinin aidiyyəti orqanlarla razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. "Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları" təsdiq edilsin (əlavə olunur).

2. "Azərbaycan SSR yaşayış məntəqələrində əhalinin qeyri-məhsuldar ev heyvanları saxlamasını qaydaya salmaq haqqında" Azərbaycan SSR Nazirlər Sovetinin 1982-ci il 10 oktyabr tarixli 458 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının

Baş naziri Artur Rasi-zadə

 

 

02.02.2017
1095

Nəşrlər

  • 16-17(278-279) 08 noyabr 2017-ci il

  • 15(277) 17 oktyabr 2017-ci il

  • 13-14(275-276) 07 sentyabr 2017-ci il

  • 12(274) 15 avqust 2017-ci il

Bannerlər