Heyvanları istilərdən qoruyun

A+
A
A-

 

 

Havaların kəskin istiləşməsi ilə əlaqədar olaraq heyvandarlıqda bir sıra tədbirlərin həyata keçirilməsi vacibdir. İzləyicilərimizdən gələn suallar əsasında bu mövzuya işıq tutmaq istərdik:
1.İri və xırdabuynuzlu heyvanlar saat 11.00-a qədər otarılmalı, saat 17.00-a qədər heyvanlara istirahət verilməli, kölgədə saxlanmalıdır. Yalnız günəş əyiləndən sonra yenidən açıq sahədə otarıla bilər;
2.Saat 11.00-17.00 radələrində dincələn heyvanlar, xüsusən qoyunlar başlarını bir-birinin qarnının altına soxurlar, bu zaman sıxlıq yaranır, peyinin təsiri ilə zəhərli qazlar əmələ gəlir. Bu qazlar heyvanın görmə qabliyyətinə pis təsir göstərir, göz nahiyyəsində ağ, qırmızı ləkələr əmələ gəlir. Məsləhətdir ki, hər bir saatdan bir heyvanlar tərpədilərək qazların hava ilə reaksiya girməsi təmin olunsun;
3.İsti havalarda tövlə təmizliyinə xüsusi fikir vermək lazımdır, hər 10 gündən bir mexaniki təmizlənməli, dezinfeksiya edilməlidir ki, həm zəhərli qazlar toplanmasın, həm də milçək, ağcanadaq kimi həşəratlar heyvanları dişləyərək qızdırma xəstəliyi yarada bilməsin;
4.İsti havalarda qoyunların gözündə əmələ gələn ləkələri gənələr yaradır, heyvan qızdırmaya yoluxur. Bu zaman qızdırmaya qarşı iynə vurulması məsləhətdir;
5.İsti havalarda heyvanların yolxucu xəstəliklərdən qorunması üçün vannalarda çimizdirilməsi vacibdir (neasidol, kreyalin vannaları); 
6.Heyvanlarda müşahidə etdiyiniz istənilən əlamətlə bağlı sahə baytarına müraciət edin, dedi-qodu ilə heyvanı müalicə etməyin. Sahə baytarı sizə düzgün məsləhələr veriləcək.

27.06.2018
39

Nəşrlər

  • 13-14(293-294) 20 sentyabr 2018-ci il

  • 12(292) 28 avqust 2018-ci il

  • 10-11(290-291) 24 iyul 2018-ci il

  • 09(289) 21 iyun 2018-ci il

Bannerlər